Ukrayna Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat xidməti Ukrayna Silahlı Qüvvələrinin hava hücumu qoşunlarının döyüş hissəsində hərbi xidmətə çağırılmaq istəyən “DXR”in keçmiş yaraqlısını saxlayıb.
Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, 2019-cu ildə Donetsk vilayətindən olan həmin şəxs qondarma “DXR”ə sədaqət andı içib və bir il ərzində bu terror təşkilatının qanunsuz silahlı dəstələrindən birinin tərkibində hərbi xidmət keçib. Sonra o, Rusiya ərazisindən tranzitlə Ukrayna hakimiyyətinin nəzarətində olan əraziyə daxil olub. 2021-ci ilin sonunda həmin şəxs Ukrayna Silahlı Qüvvələrinə daxil olmaq üçün könüllü olaraq yerli hərbi komissarlığa müraciət edib. Sitat: "Bundan əvvəl o, hava hücumu qoşunlarının bölmələrindən birində - Jitomir yaxınlığında təhsil almalı imiş. Lakin Ukrayna Xüsusi Xidmət əməkdaşlarının səyi sayəsində onu ifşa etmək mümkün olub. Hazırda bu cəhdləri edən həbs edilib. Ukrayna DTX müstəntiqləri onun terror qruplaşması və ya terror təşkilatında iştirakda və qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirakda şübhəli bilinməsi barədə məlumat veriblər. Bu, həm də müttəhimin Ukraynada hərbi xidmət keçmək “ehtiraslı istəyinin” əsl məqsədini müəyyənləşdirir...".
A.Məmmədli