Rusiya KİV-lərinin Qarabağ səhvlərinin və təxribatlarının üstündən indi də ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov anlaşılmaz addım atıb...
Belə ki, o, İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında Xocalının Fərrux kəndi ətrafındakı vəziyyətlə bağlı səsləndirdiyi fikirlərinə səhvlərə yol verib. Və Rusiya XİN-nin saytında Lavrov-Mirzoyan mətbuat konfransının stenoqramını yayımlanıb. Stenoqramda Rusiya XİN başçısının Fərrux kəndi ətrafındakı vəziyyətlə bağlı səsləndirdiyi fikirlərə dəyişiklik edilib. Xatırladaq ki, Lavrovun canlı mətbuat konfransında səsləndirdiyi "Vəziyyətin nizamlanması Qarabağdakı Rusiya sülhməramlı hərbçilərinin prioritetlərindən biridir. Erməni dostlarımız da bu barədə yaxşı məlumatlıdır. Artıq vəziyyətin de-eskalasiyası nöqteyi-nəzərindən “yerdə” müəyyən nəticələr var. Bizdə anlayış var ki, delimitasiya ilə bağlı başlayan predmetli iş çərçivəsində bu məsələlərə baxılacaq və mütləq həll olunacaq” fikirləri "Vəziyyətə gəlincə, Rusiya hərbçiləri (bizim erməni dostlarımız bundan yaxşı məlumatlıdır) bunu öz prioritetlərindən biri kimi “saxlayır”. Artıq vəziyyətin deeskalasiyası baxımından “yerdə” müəyyən nəticələr var. Ümid edirik ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması Bakı ilə İrəvan arasında etimadın artmasına və Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Fərrux kimi insidentlərin qarşısını almağa kömək edəcək" kimi dəyişdirilib.
Guya Lavrov nə demək istədiyini bilmirdi ki?! Necə oldu ki, "Ria Novosti" səhv edir, Lavrov səhv edir... Burda təsadüflərdən söz gedə bilməz. Çünki ortada ciddi və prinsipial məsələlər vardır...
A.Məmmədli