Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələri ilə döyüşlər zamanı ağır itkilər verdiyinə görə Rusiyanın 1-ci Ordu Korpusundan olan rus motoatıcı bölməsi tam tərkibdə döyüşməkdən imtina edib...
Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.Məlumatda bildirilir ki, Donetsk və Luqansk vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərindən zorla səfərbər edilmiş şəxsi heyətlə idarə olunan bölmələrin döyüş əməliyyatlarında iştirakdan imtinaları qeydə alınıb. Bunu Böyük Britaniyanın kəşfiyyat məlumatları da təsdiqləyib.
Döyüş bölgəsində isə tərəflərin hərbi əməliyyatları davam edir. Sülh danışıqlarından isə belə bir şəraitdə danışmağa dəyməz.
A.Məmmədli