Baxmut istiqamətində bir neçə yaşayış məntəqəsi uğrunda döyüşlərdə ukraynalı müdafiəçilər düşmənin hücumlarını dəf edib və son sutka ərzində 150-yə qədər işğalçını və Rusiya hərbi texnikasını məhv edib.

Tezadlar.az Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadla bildirir ki, "...Düşmənin Volın və Polesye istiqamətlərində aktiv döyüş əməliyyatlarının qarşısı alınıb. Belarus Respublikasının sərhədyanı ərazilərində isə nəzarət-buraxılış məntəqələrinin mühəndis avadanlıqları ilə təchiz edilməsi və əlavə döyüş texnikasının yerləşdirilməsi üçün ciddi tədbirlər həyata keçirilir...".

Ukrayna döyüşçüləri artıq bir aya yaxındır rusların bütün istiqamətlərdə irəliləməsinə mane olur. Hətta rusların bir bölməsi döyüşməkdən imtina edib...

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN