booked.netbooked.net booked.net  

Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında yeganə qolu 48-ci dəqiqədə Mirmehdi Rzayev vurub.

Ötən gün, iyunun 11-də minifutbol üzrə Azərbaycan yığma komandası tarixində ilk dəfə Avropa çempionu adını qazanıb.

Yığmamız Slovakiyanın Koşitse şəhərində keçirilən çempionatın finalında qitə birinciliklərinin ən titullu komandasını - altıqat Avropa çempionu Rumıniyanı 1:0 hesabı ilə məğlub edərək qızıl medala sahib olub. Oyunda yeganə qolu qarşılaşmanın 25-ci dəqiqəsində Seymur Məmmədov vurub.

Bürünc medallara Qazaxıstan yığmasını 4:1 hesabı ilə məğlub edən Bolqarıstan yığması layiq görülüb.

Sonra çempion Azərbaycan millisi, medallara layiq görülən digər komandaların üzvləri və fərqlənən futbolçular mükafatlandırılıblar.

Komandamızın qolkiperi Davud Kərimi minifutbol üzrə Avropanın ən yaxşı qapıçısı, Bəxtiyar Sultanov isə qitə çempionatının ən yaxşı oyunçusu seçilib.

Xatırladaq ki, Avropa çempionu adını qazanan komandamızın heyətində  Mirmehdi Rzayev, Anar Məmmədov, Tanrıverdi Məhərrəmli, Tural Nərimanov, Vitali Borisov, Seymur Məmmədov, Asif Zeynalov, Elvin Əlizadə, Samir Həmzəyev, Vüsal İsayev, Taleh Babayev, Ramil Həsənzadə, Orxan Əliyev, İlkin Hacıyev, Təmraz Əmircanov, Rəvan Kərimov, Bəxtiyar Soltanov, Mehdi Rəsulov, Davud Kərimi və Elmar Qasımov yer alıblar.

Qeyd edək ki, Azərbaycan millisi 24 komandanın yarışdığı Avropa çempionatında mübarizəyə B qrupunda başlayıb. Komandamız qrupda da rəqib olan Rumıniyaya uduzsa da (0:2), İspaniya (5:1) və Albaniyaya (1:0) qalib gələrək səkkizdəbir finala yüksəlib. Azərbaycan millisi səkkizdəbir finalda İsraili 3:0, dörddəbir finalda isə ev sahibi Slovakiyanı minimal hesabla məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda Qazaxıstan yığması üzərində əzmkar qələbə (3:2) qazanan futbolçularımız finalda oynamaq hüququ əldə ediblər.

Xatırladaq ki, Mini-futbol üzrə Azərbaycan millisi Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında yeganə qolu 48-ci dəqiqədə Mirmehdi Rzayev vurub. Bu nəticədən sonra milli qrupda xallarının sayını 6-ya çatdırıb və pley-off mərhələsinə vəsiqəni təmin edib.

TEZADLAR.AZ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA