Bu gün Space Müstəqil TV və Radio Şirkətinin baş ofisində "Qələbənin imza günü" adlı foto-sərgi nümayiş olundu...
Tədbir Milli Qurtuluş gününə həsr edilmiş bayram tədbiri mahiyyəti daşısa da, eyni zamanda Azərbaycan TV məkanında ilkə atılan bir imza oldu. Belə ki, foto-sərgi erməni işğalçılarından azad edilmiş torpaqlarımızda qəhrəmanlıq göstərmiş şəhid və qazilərimizin öz əlləri ilə azd edilmiş şəhər və qəsəbələrimizdəki salamat divarlara yazdıqları qələbə müşdələrinin-imzalarının foto sərgisi nümayiş edilirdi... Bu yazıların bir çoxunda şəhid qanının izi vardı.
***
Bu unikal foto-sərginin açılışını edən Space Müstəqil Tele-Radio Şirkətinin rəhbəri Müşfiq Hətəmov Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə igid oğullarımızın tarixə yazdığı Zəfər qələbəmizin hərbi-siyasi mahiyyətindən bəhs etdi, bu tarixi qələbəni tarixi düşmənimiz-işğalçı Ermənistana verilmiş tarixi dərs kimi qiymətləndirdi.
Sonra qəhrəman qazilərimizdən bir çoxu çıxışında bu qeyri-adi sərginin açılışını yüksək qiymətləndirdilər, keçdikləri zəfər yolundan bəhs etdilər.
Foto-sərginin açılışında millət vəkilləri, ziyalılar, mədəniyyət xadimləri iştirak edirdilər.
Açılış mərasimində "Təzadlar"ın baş redaktoru Asif Mərzili də iştirak edirdi.
***
Sonda: SPACE-nin bu günkü tədbirində çıxış edən qazilərdən biri belə dedi: "Bu müharibədə bizim üçün torpağın altı ilə üstünün fərqi yox idi. Hər ikisi bizim üçün məqsəd idi-QƏLƏBƏ! Və ölsək şəhidik, torpağın altındayıq, qalsaq, qaziyik-torpağın üstündəyik!".
Bəli, əsl igidlik, qəhrəmanlıq, niyyət budur-tərtəmiz niyyət!!!
SPACE rəhbərliyi də sağ olsun ki, belə bir qeyri-adi sərginin təşkili ilə tarixi və tarixə imza atmış oldu.
A.MƏMMƏDLİ