Bu gün gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın  sərhədinin Basarkeçər rayonunun Zərkənd və Əzizli yaşayış məntəqələri istiqamətində

yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Təbii ki, mövqelərində ayıq-sayıq olan Azərbaycan Ordusunun bölmələri tərəfindən Paşinyançılara lazımi cavab verilib... Müdafiə Nazirliyi bəyan edib ki, Dövlət sərhədində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Düşmən həmişə oyaqdır, Azərbaycan əsgərləri isə daim ayıq-sayıq. Əlbəttə, Azərbaycan Prezidentinin Kəlbəcər və Laçın səfərləri, bu bölgədə, ümumiyyətlə, işğaldan azad edilmiş Qarabağ ərazilərində aparılan tarixi quruculuq və bərpa işləri erməniləri və havadarlarını ciddi narahat edir. İşğalçı siyasətlə özünü qara günə qoyan Ermənistanda isə hələki bunun mahiyyətini anlamaq istəyən yoxdur. Görünür, "Dəmir yumruq" bir də öz işini görməlidir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN