«Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır, amma pulu Ermənistana verirlər"

Pin It

Deputat Etibar Əliyevin jurnalistlər üçün tikilmiş üçüncü binanın şəhid ailələri və qazilərə verilməsi təklifi ətrafında qızğın müzakirə və mübahisələr davam edir.

Pin It

 Azərbaycanın xalq artisti, estrada, muğam və opera müğənnisi, aktrisa, ictimai xadim Flora Ələkbər qızı Kərimova 1941-ci il iyulun bu günü Bakıda anadan olub.

Pin It

QƏZETIN MURADI XALQIN GÖZÜNÜ AÇMAQDIR: Həsən Bəy Zərdabi...

Pin It

 

Bu gün Milli Mətbuat günüdür. Bu münasibətlə Dənizkənarı Milli Parkda Azərbaycan Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirildi. Bayram tədbirinudə iştirak edən "Təzadlar"ın baş redaktoru Asif Mərzili bildirdi ki, bayram törənindı əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra qalib ölkənin mediasının keçdiyi şərəfli yolu özündə əks etdirən “Milli Mətbuat günü-146 il” adlı video-çarx nümayiş etdirilib. Sonra mərasimdə MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov çıxış edib. O, bildirib ki, 146 illik Azərbaycan mətbuatı böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ictimai ideyaların carçısı olub. Ə.İsmayılov media rəhbərlərinə və jurnalistlərə xitabən deyib ki, xahiş edirəm, bizi dəstəkləyin, təkliflər verin, birlikdə Azərbaycan mediasını irəli aparaq. Sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək bildirib ki, 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi “Əkinçi” qəzetini nəşr etdirməklə xalqı maarifləndirmək, onu dünyada baş verən ictimai-siyasi, mədəni, iqtisadi inkişafla tanış etmək məqsədini qarşıya qoyub. Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Fazil Novruzov isə tədbirdə çıxış edib. O, 1998-ci ildə senzuranın ləğvindən sonra mətbuatın inkişaf etdiyini diqqətə çatdırıb. 
Nəhayət, MEDİA Agentliyi və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə hazırladığı “Əkinçinin doğru sözü” adlı sənədli filminin treyleri nümayiş olunub. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktor müavini Murad Hüseynov tədbir iştirakçılarına film haqqında məlumat verib.

Tədbirdə MEDİA-nın şöbə müdiri Natiq Məmmədli isə “Mətbuat inciləri” jurnalının təqdimatını da edib. Həmçinin, MEDİA tərəfindən təşkil olunan Fərdi Jurnalist müsabiqəsi haqqında məlumatlar qonaqların diqqətinə çatdırılıb. “Mətbuat inciləri” jurnalına həsr olunan video-çarxın nümayişindən sonra tədbir iştirakçıları Milli Mətbuatımızın keçdiyi tarixi əks etdirən sərgi ilə tanış olublar.

"Təzadlar" ailəsi adlndan həmkarlarlmızl ürəkdən təbrik edirik!

A.Məmmədli






Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN