Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə keçirilən “Baku Cinema Breeze” (BCB) çərçivəsində Türk Dünyasının Beynəlxalq Animasiya Festivalı (ATA festivalı) təşkil edilib.

Pin It

...Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyində tanınmış publisist, politoloq, kitabxananın Fəxri oxucusu Reyhan Mirzəzadənin “Qafqazın poetik abidəsi” kitabının təqdimat mərasimi keçirilib. Kitab görkəmli rus şairi M.Y.Lermontovun anadan olmasının 210 illiyinə həsr olunub.

Pin It

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisi davam edir.

Pin It

Üçü birində, bəstəkar, müğənni, şairə və hər üçündən də alayarımçıq olan Elza Seyidcahan “Space” telekanalında konsert çəkilişində olarkən ayağı libasının ətəyinə ilişərək yerə yıxılmağından danışarkən belə deyib: “O qədər insanlar sənətimlə bağlı hücumlar edirlər, xoş olmayan sözlər deyirlər, bəd sözlərin enerjisi, bədxahlıq yıxdı məni. Şükür ki, başım, ayaqlarım zədələnmədi. Döş qəfəsimdə sınıq da var, çat da...”

P.S. Həkim yaxşı həkim olsaydı, müəyyən edərdi ki, Elzanın başında çoxdan zədə də var, çat da. Əgər Elzanın başında zədə olmasaydı ağlına və ağzına gələni hətta cəmiyyət içərisində adamın dilinə gətirməyə belə utandığı düşük, səviyyəsiz, gic-gici şeirlər yazmazdı. Başında zədə olmasaydı “Tüpürcəyim baldır mənim” deməzdi. Başında zədə olmasaydı, bu qədər el qınağına, haqqında yazılan bu qədər təhqirlərə, deyilən söyüşlərə əhəmiyyət verib özünü yığışdırardı və bu qulağından alıb, o biri qulağından ötürməzdi. Deməli, “toçnı” başında zədə var ki, xalq arasında özünü bu qədər biabır eləməzdi. Elzanın başında çox ciddi zədə olduğunu nəzərə alıb deyirik: - Allah şəfa versin!

Pin It

“Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı ölkəmizin mədəni həyatında baş vermiş əlamətdar hadisədir. Bu münasibətlə sentyabrın 30-da keçirilmiş dövlət tədbirində Ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı bu hadisənin əhəmiyyətini xüsusi vurğulayır.”

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN