MƏNİ YAZMAQ YAŞADIR
Aprel ayı idi. Avtobusda gedərkən bugünkü işlər barədə düşünürdüm. Çox keçmədi ki, “Azərbaycan” nəşriyyatına çatdım. İkinci mərtəbəyə qalxıb, kompüter otağına tərəf döndüm. Dəhlizdə həmkarlarımla görüşüb, hal-əhval tutarkən, Səadət Sultanı görüb salamlaşdım.