Bu gün Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında əl işlərinin növbəti sərgisinin açılışı oldu.

Sərgidə gənc rəssam Ülkər Baxışovanın əl işləri nümayiş olunur. Ülkər Baxışova 1987-ci ildə Ağdaş rayonunun Dəhnəxəlil kəndində anadan olub. Orta təhsilini həmin kənddə alıb.  2015-ci ildə əlillər üçün  peşə məktəbini kompyuter dizaynı ixtisası üzrə və rəsm kursunu bitirib. Bundan başqa, toxumağı və tikməyi də öyrənib. Müxtəlif mövzularda 100-dən artıq rəsm əsərləri çəkib, çoxsaylı sərgilərdə iştirak edib. Saplarla işləmək, kətan üzərində rəsmlər çəkmək  ruhunun təcəssümüdür.    Rəsm əsərlərini yaradarkən müxtəlif mövzulara toxunur, ən çox isə Azərbaycanımızın qədim incəsənətini yeni, modern üslubda yansıdaraq işləməyi daha çox sevir.      Sərgidə  “Naməlum qadın”,  “İstanbul. Ayasofya məbədi”, “Bakımız”, “Qədim Qobustan.Yallı”, “Quşların eşqi”, “Sülh”, “Üzüm səbəti”, “Rəqqasə” və “Qoşa  minarəli məscid (Əmircan)” adlı işlər nümayiş olunur. Sərgi bir ay davam edəcək.

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN