TÜRK SƏNƏT ADAMLARINI BİR ARAYA GƏTİRƏN FESTİVAL
Biz həmişə demişik ki, beynəlxalq əhəmiyyətli tədbirlər bir ölkənin dünyadakı yerini və rolunu təqdir edir. Açığı, 2022-ci ilin 13-14 və 15 may tarixlərində Kadirli Kaymakamlığı, Kadirli Bələdiyəsi və İl Kültür Müdürlüyü’nün dəstəyi ilə Kadirli Eğitim və Kültür Vakfı (KA-VAK) və Avrasya Sanat Kültür Edebiyat ve Bilim Federasyonu’nun (ASKEF-in) təşkilatçılığı sayəsində Türkiyənin Kadirli şəhərində, “UNESCO Yolunda Karatəpə” təması ilə düzənlədiyi KADİRLİ FESTİVALI (Kadirli Uluslararası Türk Dünyası Kültür ve Sanat Festivali) da bu səciyyəvi prosesi öz fəaliyytində geniş ehtiva etdi. Festival Türk millətlərindən və dünyadan, daha dəqiqi, 7 ölkədən bir çox sayda sənətçini, sənətsevər şəxsləri Kadirlidə bir araya gətirdi. Zəngin proqramı ilə diqqət çəkən Kadirli Festivalı əhatəli anlamda xarakterizə edildi. Festivalı 1-ci günü 4400 nefer 2-ci günündə hazırlanan kotejə isə 7.000 nəfər qatılmışdı.