“2 Fevral - Azərbaycan Gənclər Günüdür. Gənclər Günü dedikdə tarix yazan, Azərbaycanın dünyaya qalib ölkə kimi təqdimatında torpaq, Vətən sevgilərini nümayiş etdirərək “Torpaqdan pay olmaz” deyib canlarını fəda edən

gənclərimizin şücaəti, qəhrəmanlığı göz önünə gəlir. Bu gün Azərbaycan gənci işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağının ucaldılmasından qürurludur. Bu gün Azərbaycan gənci dastana çevrilən Şuşa əməliyyatından qürurla danışır. 30 il düşmən işğalında qalan, tarixi və dini abidələrimizi yerlə-yeksan edən erməniləri 44 gündə diz çökdürən, kapitulyasiya aktını imzalamağa məcbur edən Azərbaycan gəncinin günüdür. Bayramın mübarək, qəhrəman Azərbaycan gənci! Bayramın mübarək,  Azərbaycanın qalibiyyət rəmzi olan üçrəngli bayrağını bütün idman, musiqi yarışmalarında yüksəklərə qaldırıb ölkəmizin təqdimatında öz payı, töhfəsi olan Azərbaycan gənci! Müasir dünyagörüşə, sağlam düşüncəyə malik olan gənclərimiz müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin  ideyalarının təbliğatçılarıdır. Dahi şəxsiyyət Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək yüksək ixtisaslı kadrların yetişdirilməsini prioritet məsələ kimi öndə saxladı. Azərbaycan gəncləri keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərildi.   Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğını heç zaman  əsirgəməyib. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi  dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.”

 Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə tezadlar.az-a açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə ulu öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır: “Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Bu mühüm məqamı da qeyd edək ki, 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ümummilli Lider  gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.”

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir: “Dahi şəxsiyyət bildirirdi ki, Azərbaycanın müstəqilliyini, suverenliyini daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarından bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşmək tələb olunur.  Ümummilli Liderin “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” çağırışı hər bir azərbaycanlının həyat amalına çevrildi.”

Vüqar Rəhimzadə bildirib ki, son 19 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin gənclərin inkişafına xidmət edən Fərman və sərəncamları, təsdiqlədiyi Dövlət proqramları davamlılığı ilə diqqətdədir: “2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər İli” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi, gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramları qəbul edildi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər.”

“Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir” söyləyən YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Tarixi Zəfərimizin reallıqları fonunda gənclərimizin də qarşısında bir sıra çağırışlar dayanır: Dövlət maraqlarını hər şeydən üstün tutmalı,  vətənpərvərlik ruhunda tərbiyə olunmalı, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsində, Böyük Qayıdış proqramının uğurlu icrasında fəal olmalıdırlar.

“Azərbaycan gənclərinin inkişafında Heydər Əliyev Fondunun misilsiz töhfələri vardır” söyləyən YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki,  gənclərin fərdi və peşəkar inkişafı naminə Heydər Əliyev Fondu  elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya sahələrinə aid proqram və layihələr hazırlayıb həyata keçirir. Gənclərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edir. Ümumiyyətlə, gələcəyimiz olan gənclərin mükəmməl yetişmələri bütün dövrlərin əsas çağırışıdır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN