Bu gün 1 iyun- Beynəlxalq uşaqların müdafiəsi günüdür...

Bu gün həm də uşaqların günüdür. Onlar gələcəyimizdir... Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Uşaq  və Metodika və biblioqrafiya şöbələri 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar 94 №-li körpələr evi-uşaq bağçası ilə birlikdə Hər uşaq bir çiçək” adlı tədbir keçirdilər.

Tədbiri giriş sözü ilə kitabxananın əməkdaşı İradə Hüseynova açaraq balacaları 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar təbrik etdi, öz xoş arzularını bildiridi. dbirdə kitabxananın Uşaq şöbəsinin müdiri   Sevil Namazova, bağçanın müdiri Validə Hüseynova, tərbiyəçi və müəlllimlər Esmira Quliyeva, Ziyafət Bağırova, İlhamə Ələkbərova çıxış edərək uşaqların sağlam və xoşbəxt böyümələrini arzuladılar. Qeyd etdilərki, ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Məhz həmin illərdə ən məhsuldar və uşaqlarla bağlı problemlərin həllini özündə əks etdirib.

Bağçada təhsil alan uşaqlar şeirlər söylədilər, mahnı ifa etdilər və rəqslər etdilər. Uşaqların söylədikləri şeirlər, mahnılar, rəqslər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaratdıTədbirin sonunda uşaqlara hədiyyələr paylandı.

Uşaqları qoruyaq- bu həm də gələcəyimizi qorumaqdır!

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN