Azərbaycanda tanınmış yazıçı Zaur Ustac Laçın şəhərindəki "Simurq" kitabxanasına kitabbəxşetmə kampaniyası çərçivəsində müəllifi olduğu kitabları və şəxsi kitabxanasından 93 nüsxə kitab hədiyyə edib.
Tezadlar.az xəbər verir ki, hədiyyə olunan kitablar arasında Zaur Ustacın müəllifi olduğu "Sevgi dolu şeirlər", "Məhdud həyatın məchul düşüncələri", "Əliş və Anna", "Mum kimi yumşalanda", "Gülünün şeirləri" və digər kitabları xüsusi yer alıb.
Hesab edirik ki, hədiyyə olunan bu kitablar "Simurq" kitabxanasının fondunun zənginləşməsində, oxucularının elmi, bədii və tədris ədəbiyyatına olan tələbatının ödənilməsində mühüm rol oynayacaq.
Qeyd edək ki, fevral ayının 4-də açılan kitabxana Laçına yeni köçmüş sakinlərin təşəbbüsü ilə görkəmli maarifçi, yazıçı Tağı Şahbazi Simurğun şərəfinə "Simurq" adlandırılıb.
E.ŞİRİNOV