...Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyində tanınmış publisist, politoloq, kitabxananın Fəxri oxucusu Reyhan Mirzəzadənin “Qafqazın poetik abidəsi” kitabının təqdimat mərasimi keçirilib. Kitab görkəmli rus şairi M.Y.Lermontovun anadan olmasının 210 illiyinə həsr olunub.

Tədbiri giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova açaraq, R.Mirzəzadənin yorulmadan böyük əmək sərf etdiyini tədbir iştirakçılarının və qonaqların diqqətinə çatdırdı. O qeyd etdi ki, müəllif böyük sevgi ilə 20 ildir ki, rus klassiklərinin həyat və yaradıcılığını araşdırır. Böyük həvəslə bu ciddi və gərəkli fəaliyyətini davam etdirərək, rus klassikləri haqqında yazdığı kitabları Azərbaycan oxucusuna təqdim edir. A.S.Puşkin, F.M.Dostoyevski, N.Q.Çernışevski, V.Q.Belinski, A.P.Çexov, N.V.Qoqol, K.D.Uşinski və b. haqqında maraqlı kitablar yazıb. Bu gün Azərbaycanın ədəbi həyatında daha bir mühüm hadisə baş verir – görkəmli rus şairi, nasir, dramaturq, rəssam Mixail Yuryeviç Lermontovun 210 illik yubileyinə həsr olunmuş Reyhan xanımın “Qafqazın poetik abidəsi” kitabının təqdimatı keçirilir. O, rus ədəbiyyatının dahiləri haqqında yazmaqla çox nəcib bir missiyanı yerinə yetirir və eyni zamanda, kitabxanalarımızın fondlarını zənginləşdirir, kitabxanalara yeni, məlum olmayan faktlarla dolu maraqlı əsərlərini təqdim edir.

70 ildir ki, bizim kitabxana fondlarımız kiril əlifbası ilə yazılmış gözəl ədəbiyyatla zənginləşdirilib. Lakin latın qrafikasına keçəndən sonra fondlar ballasta çevrilməyə başladı. Gənc nəslin onları oxumağa imkanı yox idi. Ölkə Prezidentinin sərəncamları ilə latın qrafikası ilə çoxlu sayda əsərlər nəşr olundu, rus və dünya klassiklərinin seçilmiş əsərlərinin 150 cildlik nəşri işıq üzü gördü. Bununla belə, hələ də çoxlu sayda əsərlər var ki, onlar transliterasiya olunmayıb və buna görə də bu gün gənclərimiz üçün əlçatmazdır. XIX əsr rus ədəbiyyatı da müəyyən dərəcədə gənc nəsil üçün əlçatmaz oldu. İndi oxucular R.Mirzəzadənin yazdığı kitablardan rus klassikləri – yazıçı və şairlər haqqında dəyərli məlumatlar əldə edə biləcəklər. O, həmçinin rus pedaqoji fikrinin korifeyləri Uşinski, Makarenko, Suxomlinskinin əsərlərini də öyrənmişdir. Bu kitab Naxçıvan Ali Məclisinin qərarı ilə 10 min nüsxə tirajla nəşr edilmiş və bütün təhsil, elm və mədəniyyət ocaqlarında müzakirə olunmuşdur. Kitab mütaliəsi vacib olan ədəbiyyat siyahısına daxil edilib. L.Məmmədova R.Mirzəzadənin A.S.Qriboyedova həsr etdiyi kitabdan da danışdı. Çoxsaylı kitabxana ictimaiyyəti və oxucular adından Reyhan xanıma dərin minnətdarlığını bildirdi.

lerm-1

Təqdimat mərasimində qonaq qismində iştirak edən rusiyalı yazıçı, jurnalist, “Yunost” jurnalının baş redaktoru, Rusiya Dövlət Dumasının deputatı Sergey Şarqunov qeyd etdi ki, mənim qarşımda sizin gözəl kitablarınız var, onların hər biri tədqiqat əsəridir. Bu kitablar sizin zəhmətinizin bəhrəsidir, onlar əbədi olaraq xəzinə kimi qalacaq, nəsillərə ötürüləcək. Siz təkcə rus ədəbiyyatı, rus klassikləri haqqında deyil, Rəsul Həmzətov haqqında da kitab yazmısınız. Məni ədəbi dostluq ideyaları, Azərbaycan dramaturqu M.F.Axundovun və M.Y.Lermontovun dostluğu maraqlandırıb. Bir məsələni xüsusi qeyd etməliyəm ki, M.Y.Lermontov Azərbaycan dilini öyrənməklə təkcə Azərbaycanın təbiətini deyil, həm də Azərbaycan ədəbiyyatını və mədəniyyətini öyrənə bilmişdir. Çox istərdim ki, çox oxuyaq, çox öyrənək. O, dəvətə görə minnətdarlığını bildirdi.

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin Birinci katibi Pavel Kuznetsov bildirdi ki, rus klassiklərinə həsr olunmuş kitabların bir neçə təqdimatını keçirmişik. Mən çox şadam ki, XIX əsrdə yaşamış rus klassiklərimizin Azərbaycanla əlaqələri olub. Rus xalqının tarixində XIX əsr təkcə ədəbiyyatın deyil, həm də mədəniyyətin güclü inkişaf dövrü olmuşdur. Və o vaxt bizim çox güclü, məhsuldar ədəbi əlaqələrimiz var idi. Rus yazıçıları haqqında kitablar oxumaq, onların dilini, milli mədəniyyətini öyrənmək çox təqdirəlayiqdir. O, R.Mirzəzadəyə yaradıcılıq uğurları arzuladı.

Bakıdakı Rus Evinin direktor müavini Dmitri Yeqorov müəllifi yeni kitabın işıq üzü görməsi münasibətilə təbrik edərək, onun yaradıcılığının əvəzolunmaz olduğunu qeyd etdi. Biz Lermontovun əsərləri və şeirləri ilə böyümüşük. Rus Evində R.Mirzəzadənin Rəsul Həmzətov və A.N.Ostrovski haqqında kitablarının təqdimat mərasimləri böyük uğurla keçirilmişdir. Bunlar dəyərli əsərlərdir, yeni kitabların çıxmasını səbirsizliklə gözləyirik.

S.Vurğun adına Akademik Rus Dram Teatrının aktrisası Fəridə Nesterenko şairin 16 yaşında yazdığı “Mələk” şeirini söylədi.

Bakıdakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev çıxışına ürək sözləri ilə başladı: “Hər kəsə salam, məni belə mötəbər görüşə dəvət etmisiniz. R.Mirzəzadə öz kitablarında Azərbaycan xalqının sözlərini dilə gətirir. Dünya sənin kimi yaxşı insanların çiynindədir. Biz 15 ilə yaxındır ki, bir-birimizi tanıyırıq və bu illər ərzində bütün tədbirlərdə görüşəndə ​qohum insanlar olduğumuzun şahidi oluruq. Sizin parlaq ideyalarınız, biliyiniz, gündəlik səyləriniz, yorulmaz yaradıcılığınız belə gözəl kitablar yaradır. Sizin kitablar cəmiyyətin ehtiyac duyduğu kitablardır, sülhü, xalqlar arasında dostluğu bərqərar edən, möhkəmləndirən kitablardır. Həyatı yaradıcılığında görən Reyhan xanım belə yaşayır, onun həyat fəlsəfəsi ədəbiyyatdan keçir. Azərbaycanda yaşayan dağ yəhudilərinin öz dili var, amma biz Azərbaycan dilini sevirik və bu dildə danışırıq, Azərbaycan mətbəxini, Azərbaycan musiqisini sevirik. Allah Azərbaycan xalqını qorusun”.

lerm-3

Tanınmış yazıçı-publisist, kitabxananın Fəxri oxucusu Zöhrə Əsgərova R.Mirzəzadənin böyük alqışlara layiq olduğunu bildirib. Dahilərlə danışan bu qadın böyük işlər görür. Onun söhbətləri ədəbiyyatdır, xalqlar dostluğudur. Onun yazdığı kitablar böyük bir xəzinədir, bu kitabların dizaynı da ona məxsusdur. Heç kim ona demir ki, sən yaz, amma bu, onun Allaha olan sevgisindən irəli gəlir, onun həyat tərzidir. Kitab haqqında danışan Z.Əsgərova qeyd edib ki, rus ədəbiyyatında Lermontovun yaradıcılığı Puşkinin zəngin yaradıcılığından, fitri istedadından bəhrələnib. O, M.Y.Lermontov haqqında maraqlı məlumatlar verdi, onun şeirlərindən parçalar söylədi.

Bakıdakı Rus Evinin rəsmisi Lyubov Yakunina qeyd etdi ki, şərq musiqisinə, Azərbaycan ədəbiyyatına sevgisi böyükdür. O, dahi şəxsiyyətlərin yubileyləri ilə bağlı bədii ədəbiyyatın təbliği istiqamətində həyata keçirilən layihələrdən böyük məmnunluqla danışdı. Xalq şairi Nəbi Xəzrinin oğlu Arzu Babayev çıxışında kitab haqqında dəyərli fikirlərini bildirdi. O, M.Y.Lermontovun əsərlərinin Nəbi Xəzri tərəfindən  tərcümə etməsindən danışdı, sevimli “Qafqaz” şeirini söylədi. Publisist, ərəbşünas Fazil Abbasov (Güney) R.Mirzəzadənin rus klassiklərinin həyat və yaradıcılığının tədqiqi sahəsində böyük xidmətlərindən danışdı.

Şairə Zöhrə Qaraqızı qeyd etdi ki, Reyhan xanım rus dahilərinin yaradıcılığını təbliğ etməklə, o cümlədən rus dahilərinin Azərbaycan dilində oxunması üçün rus ədəbiyyatının zənginləşməsinə dəyərli töhfələr verir. O, özünün yazdığı və R.Mirzəzadəyə həsr etdiyi şeiri oxudu. Kitabın müəllifi, publisist Reyhan Mirzəzadə bildirdi ki, mən əsərimdə rus xalqının fədakar oğullarının yaradıcılığını üzə çıxarmışam. Kitabı yazarkən Azərbaycan şairlərinin M.Y.Lermontova həsr etdiyi çoxlu şeirlər tapdım. Gənc nəsil ədəbiyyatı bilməlidir. Bilsinlər ki, Nəbi Xəzrinin, Əliağa Kürçaylının, Məmməd Arazın və b. Lermontov haqqında şeirləri var. Eyni zamanda şairlərimizin irsini üzə çıxarmaq istədim. Mən bizim və rus yazıçılarının birliyinə toxundum. Məsələn, A.S.Qriboyedovun Abbasqulu ağa Bakıxanovla dostluğunu göstərdim, M.F.Axundovun Lermontovla münasibətini öyrəndim, onların hər ikisi Puşkinin ölümünə cəsarətli, birbaşa çara ünvanlanmış şeirlər yazıblar. Rus şair və yazıçılarının yazdıqlarını üzə çıxarmaq istədim. Xalqım üçün əlimdən gələni etməyə çalışıram. Mən bu kitabı M.Y.Lermontovun yubileyinə hədiyyə etmək istədim.

Sonda kitabın müəllifi R.Mirzəzadə təqdimat iştirakçılarının çoxsaylı suallarını cavablandırdı və kitablarını paytaxt kitabxanalarına hədiyyə etdi.

Y.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN