Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə keçirilən “Baku Cinema Breeze” (BCB) çərçivəsində Türk Dünyasının Beynəlxalq Animasiya Festivalı (ATA festivalı) təşkil edilib.

TEZADLAR.AZ xəbər veriri ki, TÜRKSOY və Türk Animasiya Assosiasiyası (ATA) tərəfindən təşkil olunan bu tədbir türkdilli dövlətlər arasında animasiya sənəti vasitəsilə əməkdaşlığı və mədəni mübadiləni təşviq etməyi hədəfləyib.

Festivalın açılış mərasimində TÜRKSOY-un baş katibinin müşaviri Kayrat Mukanov qeyd edib ki, Azərbaycanın kino sənayesində mühüm irəliləyişlər əldə olunub.

Onun sözlərinə görə, belə tədbirlər birgə layihələri dəstəkləməklə yanaşı, kino sənayesi bazarını müəyyən edən prodüserlərin mübadiləsinə və birgə layihələrin dəstəklənməsinə zəmin yaradacaq.

Festival çərçivəsində “Animasiya film sənayesinin inkişafına verdiyi töhfəyə görə” təltif olunan Məsud Pənahi (Azərbaycan), Mavzur Mahmudov (Özbəkistan), Salimgali Mirzaşev (Qazaxıstan), Kanybek Omurbekov (Qırğızıstan), Mojek Charyyev (Türkmənistan), Berat İlk (Türkiyə) və Elçin Axundov (Azərbaycan) təşkilatçılara, onların əməyini unutmayan hər kəsə təşəkkürlərini bildiriblər. Sonra Yaradıcı Mərkəzdə tanınmış animasiya filmləri rejissoru Dmitriy Vysotskiy və Türk Dövlətləri Animasiya Assosiasiyasının sədri Oktay İyusibov “Beynəlxalq bazar üçün animasiya seriallarının yaradılması” mövzusunda görüş keçirib, beynəlxalq tərəfdaşlarla ATA çərçivəsində animasiya seriallarının birgə istehsalının yaradılması məsələlərini müzakirə ediblər.

“Türk dövlətlərində animasiyanın inkişafı” mövzusunda keçirilən dəyirmi masa çərçivəsində TÜRKSOY ölkələrində animasiya sənayesi, ölkələrimizdə yaradıcı sənayelərin inkişafında dövlət orqanlarının rolu, birgə istehsal haqqında normativlər və s. kimi məsələlər, Kreativ Sənaye Parkının yaradılmasında Qırğızıstanın təcrübəsi, Azərbaycanın Yaradıcı sənayelər və rəqəmsal inkişaf mərkəzinin yaradılması təcrübəsi, o cümlədən dövlət dəstəyi, vergi güzəştləri, subsidiyalar, müəllif hüquqları ilə bağlı məsələlər müzakirə edilib. Həmçinin, Azərbaycan kinoteatrında “ATA: Türk Dünyasının Ən Yaxşı Animasiya Filmləri” filminin nümayişi olub. “Türk Dünyası: “Animasiya Səhnələri” adlı foto sərgidə Türk xalqlarının klassik animasiya filmlərindən storyboardlar, xarakter eskizləri və arxa fonlar nümayiş etdirilib.

Bu sərgi Türk animasiyasının zəngin irsinə dərindən nəzər salmaq imkanı təqdim edəcək, kinorejissorlar və animatorlar üçün ilham mənbəyi olacaq.

td-festival2

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN