Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti "Azərenerji" ASC-nin Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksində olub.

AzTU-dan Tezadlar.az-a bildirilib ki, əvvəlcə nümayəndə heyəti kompleksin tədris və laboratoriya mərkəzləri ilə tanış olub. Tanışlıq zamanı müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin mərkəzlərdə praktiki məşğələlər keçməsi və yeni texnologiyalarla yaxından tanış olması istiqamətində faydalı müzakirələr aparılıb.

“Azərenerji” ASC-nin prezidentinin ümumi məsələlər üzrə müşaviri Vüqar Əliyev AzTU-nun nümayəndə heyəti ilə görüşüb və kompleks haqqında ətraflı məlumat verib. Bildirib ki, kompleksin tədris və laboratoriya mərkəzlərində universitetlərlə əməkdaşlıq çərçivəsində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr təcrübə keçir. AzTU-nun ixtisasları bu mərkəzlərin profillərinə tam uyğun olduğundan tələbələrin burada müasir texnologiyaları öyrənməsi onların gələcək karyeralarına müsbət təsir göstərə bilər. Bu məqsədlə tədris mərkəzində müxtəlif sinif otaqları təşkil edilib. Kompleksin laboratoriya mərkəzində isə tələbələrə müxtəlif növ sınaqların aparılması üçün bütün imkanlar yaradılıb. Qeyd olunub ki, bu cür laboratoriyalar ölkədə ilk dəfə yaradılıb.

Rektor Vilayət Vəliyev bildirib ki, universitet kompleksin mərkəzləri ilə əməkdaşlıq etməkdə maraqlıdır. Tələbələrin praktiki məşğələlərinin burada təşkil edilməsi həm də onların bacarıq və vərdişlərinin müasir tələblərə uyğun formalaşmasına mühüm təsir edəcək. Tələbələrin burada iştirakı universitet-sənaye işbirliyinin inkişafına da töhfə verəcək. Həmçinin magistrantların mərkəzlərə cəlb olunması və onların dissertasiya mövzularını buradan götürməsi əsas məqsədlərdən biridir. Bundan başqa, komplekslə universitetin əməkdaşlığı çərçivəsində energetika sektoru üçün yeni ixtisasların açılması da mühüm şərtlərdəndir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN