“Lakin biz müqavimətlərə rəğmən, müəllimləri sertifikasiyadan keçirəcəyik” kimi rəsmi açıqlamalar müəllimlərin müəyyən hissəsində qıcıq yaratdı.”

Bunu təhsil üzrə mütəxəssis Nadir İsrafilov müəllimlərin sertifikasiyadan keçirilməsi ətrafında yaranmış söz-söhbətdən danışarkən bildirib.

O, bu məsələnin müəlllimləri çox narahat etdyini və bu narahatlığın əbəs yerə olmadığını dilə gətirib:

“Müəllimlərin narahatlığına əsas vermişik. Bəzən “sertifikasiya”, bəzən də “serifikatlaşma”, “sertifikatladırma”, “sertifikatlaşdırılma” kimi təqdim etdiyimiz bu proseduru o qədər dilə-dişə saldıq, ətrafında olmazın səs küy yaratdıq, müxtəlif versiyalar irəli sürdük ki, sıradan olan bir məsələ ifrat dərəcədə şişdi. “Lakin biz müqavimətlərə rəğmən, müəllimləri sertifikasiyadan keçirəcəyik” kimi rəsmi açıqlamalar müəllimlərin müəyyən hissəsində qıcıq yaratdı. Halbuki, bu kimi açıqlamalarsız da  ötüşmək olardı”, - deyə mütəxəssi vurğulayıb.

Nadir İsrafilov heç zaman “sertifikasiya” terminini leyhinə olmadığını bildirib və “attestasiya”nın “sertifikasiya” ilə əvəz olunduğuna diqqət çəkib:

  “… Açığını desəm, mən əvvəldən müəllimin peşə yararlığı və peşəkarlıq səviyyəsinin ölçülməsi və qiymətləndirilməsinin əleyhinə deyil, sertifikasiya termininin əleyhinə olmuşam və bunu dəfələrlə yazı və müsahibələrimdə əsaslandırmışam. Sertifikasiya qədər uzun bir yol yolçuluğu keçilib: “Attestasiya”,”könüllü attestasiya”, “sınaq imtahanı”,”lisenziya”, “diaqnostika”, Halbu ki, son qərara görə diaqnostik qiymətləndirmə müəllimlərin attestasiyasına hazırlıq mərhələsi olmalı idi. Çünki, müəllimlərin axırıncı attestasiyası 1994-cü ildə olmuşdu və müəllimlərin kateqoriyaları müəyyənləşmişdi”, - deyib.

Q, qeyd edib ki, 1999-cu ildə Dövlət islahat komissiyası "Təhsil sahəsində islahat Proqramı”nı qəbul edib və sənəddə pedaqoji kadrların attestasiya sisteminin yaradılmasına, onların əməyinin obyektiv qiymətləndirilməsinə, yaradıcı, böyük ustalığa malik müəllim və tərbiyəçilərin maddi və mənəvi stimullaşdırılmasına, onların əmək haqqının ödənilməsinə diferensial yanaşmanın tətbiqinə lazımi diqqət yetirilməməsi xüsusi olaraq vurğulanıb.

Mütəxəssisin sözlərinə görə, bu məqsədlə də rəhbər və pedaqoji kadrların attestasiyasını 2004-cü ilə qədər başa çatdırılması nəzərdə tutulmuşdu.

“Lakin 2018-ci ildə “Təhsil haqqında” qanuna “sertifikatlaşdırma”nın keçirilməsi ilə bağlı edilmiş dəyişiklikdən sonra  attestasiya sertifikasiya ilə əvəz olundu. Olsun, bu şərtlə ki, vəd edildiyi kimi sertifikasiya müəllimlərin hazırlıq səviyyəsinin təminatına, müəllimlərin işinin obyektiv rəğbətləndirilməsinə və müəllimlər arasında sağlam rəqabətin gücləndirilməsinə xidmət etsin. Qarşıda hələ 2026-cı ilədək xeyli müddət var”, - deyə o, bildirib.

Xatırladaq ki, Elm və təhsil naziri Emin Əmrullayev avqustun 23-də media üçün brifinq keçirib.

Və həmin brifinqdə Azərbaycan bölməsində təhsilin keyfiyyətinin yüksək olmasına baxmayaraq, bəzi valideynlərin rus bölməsini seçməsi səbəbindən tutmuş, bağçalarda yaşanan qeydiyyat problemlərinədək bir çox məsələlərə aydınlıq gətirmiş və baş verənlərdən xəbəri olduğunu, çözülməsi üçün tədbirlər görüldüyünü də diqqətə çatdırmışdı.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN