Ötən həftə - avqustun 23-də Elm və təhsil naziri Emin Əmrullayev tədris ilinin başlanmasına az müddət qalmış

media üçün keçirdiyi brifinqdə bir çox vacib məsələlərə toxunub.

Nazir müəllimləri, bütövlükdə cəmiyyəti narahat edən vacib nüanslara aydınlıq gətirib.

Təhsil üzrə mütəxəssis Nadir İsrafilov nazirin çıxışını yüksək qiymətləndirib, lakin növbəti brifinqdə yığılıb qalmış bəzi problemlərin də müzakirəyə çıxarılması, aydınlıq gətirilməsi barədə təklif verib.

 Ekspert brifinqdə - qəbul imtahanlarında abituriyentlərin göstərdikləri zəif nəticələrin,  son zamanlar məktəblərdə baş verən xoşagəlməz neqativ halların səbəblərinə, məktəb-valideyn münasibətlərində yaranan soyuqluğa, məktəb mühitinə dağıdıcı təsir göstərən repetitorluğun gündən-günə çiçəklənməsinə, tədris proğramlarının və dərsliklərin ifrat dərəcədə yüklü olmasına, proqram materialları ilə test kitabçalarında olan müəyyən uyğunsuzluqlara və cəmiyyət üzvlərini narahat edən bu kimi digər problemlərə də aydınlıq gətirilməsini istəyib.

Onun sözlərinə görə, sadalanan və sadalanmayan bir çox məsələlər dəfələrlə gündəmə gətirilib, lakin qəbul edilmiş bir çox qayda və qanunların işlək mexanizmi olmadığından hələ də kağız üzərində qalıb…

“Bu səbəbdən də qəbul etdiyimiz qanun və qaydalarda mütamadi olaraq dəyişikliklər edilməsini qaçılmaz edir”, - deyə mütəxəssis bildirib.

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN