Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 13 min 853 şəxs ixtisas seçimi edib.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 628 nəfər (o cümlədən 287 nəfər subbakalavr) qəbul olub.

Qeyd edək ki, DİM tərəfindən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olunub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN