“Pedaqoji ixtisasların tədris edildiyi universitetlər gənclərə sadəcə nəzəri bilikləri deyil, eyni zamanda təhsilalanlarla iş metodlarını, yeni tədris üsullarının tətbiqini də öyrətməlidirlər.”

Bu fikirləri millət vəkili Ceyhun Məmmədov pedaqoji kadrların hazırlıq səviyyəsindən danışarkən bildirib.

 Millət vəkili bildirib ki, son illərdə bir sıra yerli ali təhsil müəssisələrimiz təhsildə müəyyən uğurlar, irəliləyişlər əldə etsələr də, bütün universitetlərimizin keyfiyyətli təhsil verdiyini rahatlıqla söyləyə bilmirik.

Onun sözlərinə görə, müəyyən irəliləşlər əldə edən universitetlərlə paralel bəzi ali təhsil müəssisələrimizdə  keyfiyyət enişə döğru gedir.

“Ölkəmizdə pedaqoji kadr hazırlığı tam uğurlu deyil. Universitetlərin bəziləri bu istiqamətdə çalışırlar, müəyyən işlər görürlər. Amma ümumilikdə keyfiyyətli pedaqoji kadr hazırlığı ilə bağlı daha çox iş görülməli, addım atılmalıdır”, - deyə vurğulayıb.

 O, qeyd edib ki, pedaqoji ixtisasların tədris edildiyi  universitetlər gənclərə sadəcə nəzəri bilikləri deyil, eyni zamanda təhsilalanlarla iş metodlarını, yeni tədris üsullarının tətbiqini də öyrətməlidirlər.

Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin hesabat tədbirindəki çıxışı zamanı bildirib ki, son 10 ildə işə qəbul edilmiş müəllimlərin sertifikasiya nəticələri uğurlu olub. O, bu nəticənin həmin müəllimlərin müsabiqə yolu ilə işə qəbul olunmaları ilə əlaqələndirib.

Yəni müəllimlik peşəsinə ən yüksək biliyə malik olan müəllimlər cəlb olunublar.

Əlbəttə, arzu edərdik ki, pedaqoji kadr hazırlığı ilə məşğul olan universitetlərimiz  hər il yüzlərlə tələbəyə təkcə diplom verməsin, həm də gələcəkdə bu diplomdan yararlanmaları üçün üz ağardan təhsil də versin.

Belə olarsa, gələcəyimiz olan uşaqların və ölkəmizin parlaq gələcəyindən danışmaq olar.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN