"...Məktəb direktorlarına şagirdlərdən məktəbli forması tələb etməmələrinə dair müvafiq tapşırıq verilib".

Xəbər verdiyimiz kimi, bir müddətdir valideynlər övladlarına məktəbli forması əldə etmək üçün “Bravo” marketlər şəbəkəsinin və Bakı Tikiş Evinin qarşısında izadiham yaradırlar.

Elə bu gün də Bakı Tikiş Evinin qarşısında izdiham yaşanıb. Rəhbərlik onlara heç bir qurum tərəfindən məktəbli forması tikmək barədə sifariş verilmədiyini, həmçinin qısa müddət ərzində bu qədər sifarişi yerinə yetirəcək gücə sahib olmadıqlarını bildirib. Həmçinin vurğulanıb ki, valideynləri buna məktəb direktorları məcbur edirlər, baxmayaraq ki, Elm və Təhsil Nazirliyi məktəbli formasının məcburi olmadığı barədə açıqlama verib...

Baş verənlərlə bağlı Elm və Təhsil Nazirliyi bu gün bir daha bəyan edib ki, şagirdlər ötən ilki formaları ilə məktəbə gələ bilərlər.

Həmçinin vurğulanıb ki, bununla bağlı, məktəb direktorlarına şagirdlərdən məktəbli forması tələb etməmələrinə dair müvafiq tapşırıq verilib.

“Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya problem olduğu halda Elm və Təhsil Nazirliyinin 146-6, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin isə 146-1 "Çağrı Mərkəzi" ilə əlaqə yarada bilərlər”, - deyə nazirlikdən bildirilib.

Ümid edək ki, bu xəbərdarlıqdan sonra məktəb direktorları vəziyyəti qəlizləşdirməz, valideynlər də sakitləşərək ajiotaja son verərlər.

 Bu ilki tədris ilində baş verənlərdən isə, yəqin ki, əlaqədar qurumlar – cavabdehlər də nəticə çıxararlar və növbəti ildə problem yaşanmaması üçün vaxtında məktəbli geyimlərinin sifarişini verərlər.

Əlbəttə, əgər məktəbli formasını tələb edəcəklərsə...

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN