3 gün sonra məktəblər açılır, məktəbli forması isə gündüz çıraqla axtarılır... 

Məlum olduğu kimi, yuxarı sinif şagirdləri üçün məktəbli forması qəhətə çıxıb. Qəhətə çıxıb deyəndə ki, valideynlərin yaxasından yapışdığı tikiş müəssisəsi deyir ki, nə sifariş verən var, nə də o qədər geyimi qısa zamanda tikməyə gücümüz yetməz..

 Beləliklə, valideynlər yenə də Bakı Tikiş Evinin qarşısına toplaşıblar və övladları üçün forma tələb edirlər. Bir müddət əvvəl BTE bəyan etmişdi ki, onlara yuxarı siniflər üçün məktəbli geyimi sifariş verən olmayıb. Yenə də qurumdan bildirilib ki, onlara nə Elm və Təhsil Nazirliyindən, nə də Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ)  tapşırıq verən, müqavilə bağlayan olmayıb.

Həmçinin tikiş evi bu qədər sifarişi yerinə yetirəcək gücə malik olmadığını da bildirib.

Lakin bütün bunlara baxmayaraq, nədənsə başqa müəssisələrlə də müqavilə bağlanılmayıb və indiyədək sifariş verilməyib...

Baş verən narazılıqdan, hətta bəzi deputatların, təhsil mütəxəssislərinin açıqlamalarından sonra Elm və Təhsil Nazirliyi məktəbli forması axtaran valideynlərə müraciət edərək bildirmişdi ki, yeni tədris ilinin sonunadək formaların dəyişdirilməsi məcburi deyil və hazırkı geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək istifadə edilə bilər.

 “Bu, Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 nömrəli qərarında da yer alıb”, -deyə nazirlikdən bildirilib.

Qəribəsi budur ki, nazirliyin bu sözləri də valideynləri rahatlatmadı və yenidən BTE-nə “hücuma keçdilər”...

Belə görünür ki, nazirlik forma tələbini ləğv etsə də, bəzi məktəb direktorları israr etməkdə davam edirlər. Və buna görə də valideynlər övladları üçün təcili olaraq məktəbli forması axtarışındadır...

Yəqin ki, Elm və Təhsil Nazirliyi “söz eşitməyən” belə məktəb direktorları barədə ölçü götürəcək.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN