Narazılıqlara nöqtə qoyuldu - Xətai rayonu 3 nömrəli Uşaq evinin direktoru Məhbubə Hüseynova işdən çıxarıldı...

 TEZADLAR.AZ xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbərinin və məsul əməkdaşlarının uşaq evinin kollektivi ilə bu gün keçirilən görüş zamanı sözügedən vəzifəyə Gülnarə Şəmiyeva təyin edilib.

Həmçinin son vaxtlarda uşaq evində baş verən hadisələrlə əlaqədar yaradılan komissiya tərəfindən göstərilən iradların qısa müddətdə aradan qaldırılması ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tapşırıqlar verilib. Xüsusi olaraq qeyd edilib ki, bu gün ölkəmiz sürətlə inkişaf edir, bütün sahələrdə yüksək nailiyətlər əldə olunur və odur ki, bu inkişaf tempinə uyğun olaraq burada tərbiyə alan uşaqlar üçün müvafiq tədbirlər planı hazırlanmalı və onun həyata keçirilməsi təmin olunmalıdır.

Xatırladaq ki, 3 saylı Uşaq Evində qalan yeniyetmələrdən biri oradakı vəziyyəti tənqid etdikdən sonra 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi. Bundan sonra həmin xəstəxananın baş həkimi Ağahəsən Rəsulov yeniyetmənin psixi durumunda problem olmadığını bildirmişdi. Baş həkim bu açıqlamasından 1 gün sonra yaş həddi əsas gətirilərək işdən çıxarıldı. Baş verənlər sosial şəbəkərlərdə və yerli mediada gündəm oldu. Yeniyetmə sonradan xəstəxanadan çıxarılaraq təkrar sözügedən uşaq evinə yerləşdirildi.

Və direktorla yeniyetmənin barıışdığı barədə video da yaıldı.

Lakin M.Hüseynova daha sonra uşaq evində tərbiyəçi köməkçisi çalışan və uşaq evindən videolar paylaşan, oradakı şəraitə etiraz edən Gülcan Nağıyevanı işdən çıxarması ilə gündəmə gəlmişd.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN