Elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinq zamanı validenlərdən gileylənib.

O, vurğulayıb ki, müəllimlərə hədiyyə, pul verməmələri barədə valideynlərə müraciət etsə də,  valideynlər yenə də bildiklərini ediblər...

"Valideyn komitəsi tərəfindən pul yığılması məsələsi bütün məktəblərdə yoxdur. Leqal olaraq məktəb - valideyn komitəsi məktəbə, uşaqlara yardım edirsə, burda mənfi bir hal görmürəm. Normal hesab edirəm. Yox, əgər hansısa ad günlərinə pul yığılması ilə bağlı narazılıq olsa, buna baxıla bilər. 6 martda müraciət etdim ki, valideynlər müəllimlərə pul, hədiyyə verməsin, lakin valideynlər yenə bunu etdi”, - deyə nazir əlavə edib.

Düzü, cənab nazir valideynlərin bu əməlindən narazı qalmaqda haqlıdır. İmkanı oldu, olmadı valideynlərin çoxu müəllimlərə bu cür “hörmət” etməyi sevirlər.

Bəziləri müəllimlərin əziyyətini bayramda da olsa bu yolla qiymətləndirməyə çalışırlar. Bir çoxu hədiyyənin müqabilində müəllimin onun övladına daha artıq diqqət göstərməsini, bir qrupu zəif oxuduğu üçün incidilməməsini, birtəhər yola verilməsini istəyir, digərləri “qonşudan qalma geri” prinsipi ilə edirlər...

Lakin valideynlərin hansı niyyətlə bu hədiyyələri verməsindən asılı olmayaraq, müəllimlər heç bir zaman şagirdləri arasında ayrı-seçkiliyə yol verməməlidir. Əgər edirsə, o şəxs müəllim adına layiq də deyil...

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN