Ya biz "ağılla" dəyişəcəyik, ya da o bizi istədiyi kimi dəyişəcək.

Pandemiya dünya təhsil sisteminə ciddi şəkildə mənfi təsir göstərib. Amma ən böyük müsbət təsiri texnologiyaların geniş şəkildə təhsildə tətbiqidir.

TEZADLAR.AZ xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədob FB səhifəsində bildirib.  Ekspert pandemiyanın təhsil sisteminə təsirlərindən bəhs edib.

O, həmçinin xatırladıb ki,  Azərbaycanda da 4-cü Sənaye inqilabı ilə bağlı qurum yaradılıb və işlər görülür.

"Bəs 4-cü Sənaye inqilabı nədir? Onun təhsilə təsiri nələrdir?", - deyə sual edən ekspert cavabı  belə açıqlayıb: 

"4-cü Sənaye İnqilabı ağıllı texnologiyalar vasitəsilə xidmət göstəmənin tətbiqidir. Pandemiyanın baş verməsi ilə yaşanan dəyişikliklər təhsil sahəsində də özünü göstərməyə başlayıb. 21-ci əsrdə baş verən inkişaflar bizim həyat tərzimizə, vərdişlərimizə və öyrənmə üsullarımıza çox təsir etdi. 19-cu əsrin təhsil qaydaları ilə 21-ci əsrin uşaqlarına təhsil vermək mümkün deyil. Buna görə də dünyanın yeni təhsil anlayışına ehtiyacı var.

4-cü Sənaye inqilabının təhsilə təsirlərindən danışım, ondan sonra qərar verin ki, pandemiya pis idi, yoxsa yaxşı? Bəlkə o yarasanı yeyənin atasına rəhmət oxuduq.

4-cü Sənaye inqilabı və təhsildə dəyişiklik

Pandemiyadan sonra baş verən texnoloji inkişaf nəticəsində təhsildə qaçılmaz olan dəyişiklik ehtiyacı gəncdən qocaya bütün insanların həyatına əhəmiyyət kəsb edəcək dərəcədə təsir edəcək. Hazırda əldə etdiyimiz və istifadə məlumatların, biliklərin çoxu tez köhnəlir və köhnəlib. Köhnə təhsil vərdişlərimiz və öyrənmə üslublarımız dünyada gedən dəyişikliklərin tempinə uyğunlaşa bilmir.

4-cü Sənaye inqilabı təhsildə əlçatanlılığı təmin edəcək.

Məkan və zaman

İlk olaraq: Təhsildə məkan və zaman məhdudiyyətləri aradan qaldırılır. İstədiyiniz zaman, harada və istədiyiniz kimi təhsil almaq mümkün olur. Yəni çevik öyrənmə üslubuna keçid artıq başlayıb... Köhnə təhsil sistemi daha qapalı struktura malik olduğu və daha məhdud təbəqəyə müraciət etdiyi halda; Bu gün təhsil daha geniş auditoriyaya çata bilir. Misal üçün: Təxminən 80 min adamın olduğu Oksford Universitetində verilən mühazirəni dinləmək mümkündür, 30 min kilometr uzaqda oradakılar ilə eyni informasiyanı ala bilirsən.

"Fərdi təlim

4-cü Sənaye İnqilabının ikinci üstünlüyü: fərdiləşdirilmiş təhsilə imkan yaratmaq... Məsələn, istedadlı və ya xüsusi öyrənmə çətinliyi olan uşağın öz öyrənmə tərzinə və öyrənmə sürətinə uyğun təhsil alması mümkündür. Boğaziçi Universiteti Gözdən Əlillər Texnologiya və Təhsil Mərkəzinin audiokitabxanası görmə qabiliyyəti zəif olan bir gəncin istədiyi məlumatı əldə etməsinə imkan verən əhəmiyyətli bir təşəbbüsdür. Bu həm təhsildə bərabər imkanlar deməkdir, həm də gənclərin özlərini inkişaf etdirməsinə, sosial sahədə özünə yer yaratmasına şərait yaradır.

Seçim azadlığı

Üçüncüsü olaraq: 4-cü Sənaye İnqilabı təhsildə seçim azadlığı yaradır. Bu, tələbələrə istədikləri kursu, istədikləri şəkildə keçmək və inkişaflarını istədikləri şəkildə istiqamətləndirmək imkanı verir. Seçim azadlığı həm də motivasiyaya töhfə verdiyi üçün öyrənmə prosesini sürətləndirir. Xüsusilə, bu, fərdə proqramlaşdırma, kodlaşdırma və veb dizayn kimi gələcəyi formalaşdıracaq sahələrdə özünü təkmilləşdirmək imkanı verir.

Layihə əsaslı öyrənmə

4-cü Sənaye inqilabının təhsil sahəsində yaratdığı ən böyük fərqlərdən biri layihə əsaslı öyrənmədir. İnsanların və ya cəmiyyətin ehtiyaclarına uyğun hazırlanmış layihələr vasitəsilə yeni məlumatlar əldə etmək, bir problemə diqqət yetirmək və həll yolu yaratmaq çox daha mənalı və dəyərlidir...

4-cü Sənaye inqilabı təkcə təhsil məzmununu deyil, həm də imtahan sistemlərini dəyişir. İndi bir çox imtahanlar rəqəmsal şəkildə keçirilir. Bu gün bir çox universitet və liseylər imtahan əvəzinə ev tapşırıqlarına və layihələrə üstünlük verirlər. İndi əzbərləmək əvəzinə insan beyninin öyrənmə sisteminə daha uyğun olan şəkildə yadda saxlamaq və təhlil etmək və sintez etmək lazımdır. Misal üçün: lisey kurikulumu çərçivəsində əldə edilən biliklər artıq universitetə qəbul üçün kifayət etmir. Namizədlərin CV-ləri, cəmiyyət və insan yönümlü layihələri və elmi araşdırmaları ön plana çıxır.

4-cü Sənaye inqilabı bir çox sahələri, xüsusən də şəxsi dəyişir. Ona görə də fərd yenilikçi mənada özünü yeniləməyə və təkmilləşdirməyə ehtiyac duyur", - o qeyd edib.

Kamran Əsədov əlavə edib ki, gələcəyin qurulmasının açarı təhsildir:

"Ona görə də biz elm, təhsil sahəsində ciddi olmalıyıq. İslahatlar vacibdir, amma bu islahatları mütəxəssislər ilə həyata keçirmək lazımdır.

Bənna ilə ağac əksən, meyvəsi beton olar", - deyə sonda vurğulayıb.

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN