Rektor işlədiyim bu illərdə heç zaman imtahanların gedişi zamanı auditoriyaya daxil olub nəyəsə nəzarət etməmişəm.
TEZALAR.AZ xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin rektoru, Əməkdar müəllimi Elmar Qasımov bildirib.
O, vurğulayıb ki, həm imtahan zamanı zala daxil olaraq tələbələrin diqqətini dağıtmaq olmaz, həm də rektorların vəzifəsi sistemi şəffaf qurmaqdan ibarətdir.
"Birincisi, buna ixtiyarım yoxdur. İkincisi, tələbənin diqqətini yayındıra bilmərəm. Bizim vəzifəmiz şəffaf imtahan sistemini qurmaq və sistemin fəaliyyətini nəzarətdə saxlamaqdır", deyə E.Qasımov qeyd edib.
Qeyd edək ki, BANM-nin rektoru Elmar Qasımov daima tələbələrinin yanında olan, onlarla səmimi münasibət saxlayan rektorlardandır.
Bunu onu sosial mediadakı paylaşımlarından da görmək olur.
Y.Məmmədli