Füzuli rayonu 50 saylı tam orta məktəbində Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş "Xalqın əbədi yaşar dastanı" adlı tədbir keçirildi. TEZADLAR.AZ xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov məlumat verib.
"Tədbirdə həmkarım Elman Nəsirov, politoloq Anar Əliyev, Qarabağ regional təhsin idarəsinin Füzuli rayon sektorunun müdiri Ramella Məmmədova, Vətən müharibəsi qazisi Şiraz Həsənov və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Çıxış edənlər bildirdilər ki, Milli Liderin yenidən hakimiyyətə qayıtması iqtisadiyyatın bərpasına gətirib çıxarıb. Ulu Öndərin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi idi. Bu gün əldə etdiyimiz ərazi bütövlüyü və suverenliyimiz onun əsasını qoyduğu siyasətin nəticəsi kimi qiymətləndirilməlidir.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam etdi", - deyə deputat qeyd edib.
v
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN