Özbəkistanda ali təhsil müəssisələrinə qəbul üçün minimum keçid balı artırılacaq.

 TEZADLAR.AZ xəbər verir ki, bu barədə ölkənin Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi mayın 8-də keçirdiyi mətbuat konfransında məlumat verib.

Göstərici iki mərhələdə artırılacaq və səhiyyə, hüquq, biznes və idarəetmə sahələrində 94,5 bal, digər sahələr üzrə 75,6 bal (hazırda bütün sahələr üzrə 56,7 bal) müəyyən ediləcək.

Bundan əlavə, dövlət sifarişi parametrlərinin fəaliyyət göstərən ali məktəblər kontekstində bölüşdürülməsi təcrübəsi ləğv ediləcək və bakalavriat və magistratura ixtisasları kontekstində koordinasiya proseduru tətbiq ediləcək. Sosial və humanitar sahələr üzrə dövlət sifarişlərinin azaldılması ilə əlaqədar bu kvotalar mühəndislik, tibb, dəqiq və təbiət elmləri üzrə prioritet qaydada bölüşdürüləcək.

2025-ci ildən başlayaraq dövlət sifarişinin parametrləri kadr hazırlığının proqnozuna və ali təhsilli kadrlara olan tələbata uyğun olaraq 4 il (hazırda 1 il) müddətinə təsdiq ediləcək.

Xatırladaq ki, 2023-cü ildə Özbəkistanda ali məktəblərə 888,5 min abituriyent sınaq imtahanı verib, onlardan 439,3 min nəfəri (49,4%) 56,7 keçid balı toplaya bilməyib.

Mayın 6-da Özbəkistan prezidenti yeni tədris ilindən prosedurun tətbiqi ilə bağlı göstəriş verib ki, ona əsasən yüksək bal toplayan abituriyent seçdiyi universitetdən asılı olmayaraq, dövlət qrantına tövsiyə olunacaq.

Qrant hər il yüksək nəticələr əldə etmiş tələbələr arasında yenidən bölüşdürüləcək.

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN