Türkiyə-Azərbaycan Universitetinin yerləşəcəyi məkan seçilib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.

Nazir bildirib ki, yaxın zamanda bu barədə məlumat veriləcək:

"Tədris binası ilə bağlı işlər yekunlaşıb. Universitetə rektor təyinatı hələlik yoxdur".

Qeyd edək ki, Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” imzalayıb.

Aprelin 16-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında fərman imzalayıb.

Türkiyə-Azərbaycan Universitetinə ilkin mərhələdə 100 tələbə qəbulu nəzərdə tutulub. Hər il qəbul planında 100-200 əlavə yer nəzərdə tutulub. Bu universitetdə təhsil ödənişsiz olacaq. Tədris ingilis və türk dillərində təşkil ediləcək.

Türkiyə-Azərbaycan Universitetinin müəllim heyəti İstanbul Texniki Universiteti, Orta Doğu Texniki Universiteti və Hacettepe Universitetindən seçiləcək. Onlar Azərbaycana mütəmadi gələcəklər.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN