BANM-ın 13 tələbəsi 2024/2025-ci tədris ilinin yaz semestrində təhsillərini xaricdə təhsil alacaq. TEZADLAR.AZ xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında məlumat verib.
Rektor həmin tələbələrlə görüşdüyünü bildirib:
"Bakı Ali Neft Məktəbinin mübadilə proqramı çərçivəsində xaricdə təhsil alacaq tələbələrilə görüşdük. BANM-ın 13 tələbəsi 2024/2025-ci tədris ilinin yaz semestrində təhsillərini xaricdə davam etdirmək imkanı əldə edib. Onlar İspaniyanın Alicante Universiteti və Qranada Universiteti, Portuqaliyanın Braqança Texniki Universiteti, Türkiyənin Sabancı Universiteti və Bahçeşehir Universiteti, eləcə də Bolqarıstanın Angel Kançev adına Ruse Universitetində təhsil alacaqlar", - deyə qeyd edib.
JASMİN