Bakı Ali Neft Məktəbində (BANM) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Dayanıqlı Ətraf Mühit: Yaşıl Enerjiyə keçid” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib. TEZADLAR.AZ xəbər verir ki, konfransda SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva, Elm və Təhsil nazirinin müavini İdris İsayev, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, Energetika nazirinin müavini Orxan Zeynalov, “SOCAR Green” şirkətinin baş direktoru Elmir Musayev və bp-nin Yaxın Şərq və Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli iştirak və çıxış ediblər.
b
banm-rektor-konfrans
Tədbiri giriş nitqi ilə açan rektor Elmar Qasımov konfransın əhəmiyyətini vurğulayıb və əsas məqsədin davamlı gələcəyin iqtisadi, ekoloji və texnoloji məsələlərinin tədqiqini təşviq etmək, yeni perspektivləri auditoriya ilə bölüşmək olduğunu bildirib. Qeyd olunub ki, Konfrans Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar keçirilib. “Bərpa olunan enerji”, “Yaşıl iqtisadiyyat”, “Yaşıl kimya” və “Ekoloji təmiz texnologiyalar” mövzularında ümumilikdə 275 tezis təqdim edilib ki, bunlardan da 161-i qəbul olunub. Beləliklə, qəbul olunma nisbəti 59% təşkil edir.
Qeyd edək ki, təqdim edilən tezislərin 17-si xarici ölkədən daxil olub.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN