Dövlət İmtahan Mərkəzi Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 12-13 mart 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrini dünən – 12 mart tarixində açıqlayıb.

Bəs DİM nə üçün imtahan nəticələrini gec açıqlayır, texnologiya günahkardı, yoxsa resurslar çatmır?

“Qurum açıqlayıb ki, gecikmə kodlaşdırıla bilməyən, abituriyentlər tərəfindən əl ilə yazılan sualların yoxlanılması ilə bağlı olub”.

Bunu "Multimedia" Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

 “Bu tip yazı işlərinin yoxlanılması kompüterlər tərəfindən deyil, onlayn formada, dədə-baba qaydasında, qabaqcadan hazırlıq keçən markerlər tərəfindən həyata keçirilib. DİM yoxlayanları identifikasiya etmək üçün biometrik texnologiyalardan da istifadə edib. Həmçinin yazı işlərinin yoxlanılması üçün öz resursları hesabına xüsusi proqram təminatı da hazırlayıb. Maraqlı məqam odur ki, DİM bu proseslərə nə qədər texnologiya tətbiq etsə də emal prosesini sürətləndirə bilməyib”,- deyə qeyd edib.

Osman Gündüzün sözlərinə görə,  bir aylıq proses kifayət qədər uzun bir zamandır.

O, “Bildiyim qədər yazılı cavab tələb edən, yəni kompüterlər tərəfindən deyil, markerlər tərəfindən yoxlanılan sualların sayı 25-dir.Yəni, belə qənaətə gəlmək olar ki, cəmi 25 suala görə DİM bir ay vaxt sərf etməlidir ki, cavabları təqdim edə bilsin. Buradan belə qənaətə gəlmək olar ki, bu prosesdə nələrsə düzgün qurulmayıb”, - iradını bildirib.

“İlk öncə ağla gələn variant odur ki, güman ki, DİM-in maliyyə imkanları yetərli deyil, DİM çox yüklənib və bu səbəbdən də daha az resurslarla, az sayda markerlərlə daha çox işlərin görülməsinə çalışırlar. Fikrimcə, belə yanaşma doğru deyil. Əgər DIM-in resursları yetərli deyilsə, hökumətə müraciət etməlidir ki, imtahanların daha çevik və effektiv formada təşkili üçün əlavə vəsaitlər ayırsın.

Əgər DİM-in resursları yetərli deyilsə və hökumətdən də vəsaitlər almaqda çətinliklər varsa, onda DİM müəyyən müddət üçün yazılı cavablar tələb edən suallardan imtina edib, onların əvəzinə kodlaşdırıla bilən açıq tipli testlər salması da vəziyyətdən çıxış yolu ola bilərdi”- ekspert vurğulayıb.

Daha sonra Osman Gündüz “DİM imtahan proseslərini nə qədər şəffaf qursa da, imtahanların təşkilinə yetərincə texnologiyalar tətbiq etsə və canlı resurslar cəlb etsə də çeviklik və effektivlik olmadığından problemlər qaçılmaz olur.

Nəzərə almaq lazımdır ki, imtahan nəticələrinin gecikdirilməsi də sui-istifadə üçün, kənar müdaxilələr üçün, şəffaflıqla bağlı məsələlər üçün də müəyyən problemlər yaradır. Odur ki, DİM qarşıdakı dövrlərdə bu problemlərin həlli üçün ciddi addımlar atmalıdır”, - deyə qeyd edib.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərin hazırlanması üzrə sektor müdiri Aydın Qasımov isə sosial şəbəkə hesabında deyilənlərə cavab olaraq bildirib ki, "1 şagirddə 24 tapşırıq olması 46000 şagird üçün (12-13 mart imtahanında bu qədər şagird imtahan verib) 1 milyondan çox yazı işi deməkdir. Markerlərin ödənişi ilə bağlı qeyd edim ki, ödəniş vaxta görə deyil, yerinə yetirilən işə görədir. Bu o deməkdir ki, sərf olunan maliyyə vaxtın az və ya çoxluğundan asılı olmayaraq eyni olacaq".

 

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN