Yaşadığımız hər gün boyunca yeni olaylar, xəbərlər, məlumatlar eşidirik. Necə deyərlər, qulaq hər gün yeni bir söz eşitməsə, kar olar.

Bu gün eşitdim ki, müəllim Bakıda yaşaya-yaşaya Gəncə şəhəri 13 nömrəli tam orta məktəbindən dərnək maaşı  alıb.

Yazırlar ki, Gəncə təhsilində daha bir özbaşınalığın üstü açılıb. Belə ki, Təhsil Nazirliyinin 8 saylı Regional Maliyyə Hesablaşma Mərkəzi Gəncə şəhəri 13 nömrəli tam orta məktəbinin dərnək rəhbəri Rəfiqə Zeynalovanın Bakı şəhərində yaşamaqla işə gəlmədən havayı maaş almasını müəyyən edib. O da aydın olub ki, sözügedən 65 yaşlı müəllim cari tədris ilinin oktyabrında bülletendə ola-ola dərs jurnallarına qeydlər edib, eləcə də fevral ayında bir neçə günlük Gəncəyə gələrək yaş həddi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinin bitmiş müddətini təhsil müdiri Anar Qədimalıyevin xüsusi razılığı ilə daha bir neçə aylıq müddətə uzadıb.

Bu barədə məlumat verən mənbənin sözlərinə görə, bu fakt Gəncə təhsilinin növbəti özbaşınalığıdır. Eləcə də son günlərdə Anar Qədimalıyevin öz şəxsi maraqları müqabilində müəllimlərə yaş həddi tətbiq etməsinin, yaşı 65-i tamamlayan bütün müəllimlərin yalnız A.Qədimalıyevin şəxsi istəyilə işdə saxlanmasından, ədalət və bərabərlik prinsipinin qəsdən pozulmasından, məktəblərdə hələ də "ölü can" ştatların mövcudluğundan xəbər verir.

Ancaq bütün bunlara baxmayaraq, yəqin ki, Bakıda yaşayan müəllimin əmək müqaviləsinin müddətinin uzadılmasına, eləcə də dərnək rəhbərinə ödənilmiş dövlət vəsaitinin taleyinə aydınlıq gətiriləcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN