Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən start verilmiş “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası 8 iyul tarixində “Bravo” marketlər şəbəkəsi ilə birgə Əhmədli qəsəbəsində yerləşən Bravo hipermarketdə keçirilib.
Aksiya zamanı ümumi tutumu 2915 litr olan plastik butulka yığılıb. İştirakçılara ekoçantalar hədiyyə olunub.

TEZADLAR.AZ xəbər verir ki, Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədovanın sözlərinə görə, ümumi tutumu 50 litrdən artıq butulka təhvil verən şəxslərə isə ekoçantalarla yanaşı Milli Parklara bilet hədiyyə edilib.

“Bu günədək Bakı və regionları əhatə etməklə 4 aksiya keçirilib və ümumi tutumu 10836 litr olan plastik butulka təhvil alınıb. Yığılan plastik tullantılar “AzEkol” MMC tərəfindən təkrar emala yönləndirilib”.

S.Məmmədovanın sözlərinə görə, növbəti aksiya Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Rahat supermarketdə keçiriləcək.

"Bu barədə elan Nazirliyin saytında və sosial şəbəkə hesablarında öncədən paylaşılacaq. Aksiya yay boyunca davam etdiriləcək. Hər kəsi bu aksiyalarda fəal iştirak etməklə təbiəti qorumağa dəvət edirik. Plastik tullantıların çeşidlənməsi, təkrar emala yönləndirilməsinə birlikdə dəstək olaq."
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN

Sankt-Peterburqun SKA xokkey klubunun baş məşqçisi
Azərbaycan üzgüçüləri Açıq Estoniya Qış çempionatı
Azərbaycan Texniki Universitetinin İdman Sarayında
İlin ən yaxşı futbolçusu “Real Madrid”in braziliya
Azərbaycan Respublikasının gənclər və idman naziri
Username *
Password *
Remember Me