Hər il yay mövsümü gəldikdə, onsuz da bir çox məhəllələrdə bərbad vəziyyətdə olan zibilxanaların daha da “zibili” çıxır.
Vaxtlı-vaxtında daşınmayan zibillər iylənərək zibil qutularından dolub-daşır, ətrafda yaşayan sakinlərin üfunətdən başı çatlayır.
Zibillərin aşıb-daşma səbəbindən digəri isə zibil qutularının sayının az olmasıdır. Yəni binaların, sakinlərin sayı çox, qutular isə az.
...Yayın istisində sərinlənmək istəyib həyətdə gəzişmək, məhəllələrdəki oturacaqlarda təmiz hava udmaq isə belə zibilliklər səbəbindən qeyri-mümkündür.
Bakı və Sumqayıt kimi küləkli şəhərlərdə isə həmin zibillərin çoxu göydə “oynayır”, hətta uzaq məsafələrə də “ayaq açıb uçur”...
Bura Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisi, “Avtovağzal”a yaxın məsafədə yerləşən məhəllələrdən biridir. Vəziyyət göz qabağındadır...
Y.MƏMMƏDLİ