Türkiyənin Suruç rayonunda sərhəd zastavasına terrorçular tərəfindən edilən hücum nəticəsində Türkiyə Silahlı Qüvvələrinin bir əsgəri şəhid olub, daha bir əsgər yaralanıb.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyə tərəfi cavab tədbirlərinə başlayıb.
İlkin hesablamalara görə 12 terrorçu zərərsizləşdirilib.