Britaniyada dövlət qulluqçuları stress və digər psixi sağlamlıq problemləri səbəbindən ötən il rekord sayda xəstə olublar.

Bu barədə “The Guardian” nəşri yazır.

Belə ki, statistikaya görə, 2022-ci ildə Britaniyada dövlət qulluqçuları stress və digər psixi sağlamlıq problemlərinə görə nə az, nə çox - 771 433 gün xəstəlik məzuniyyəti götürüblər.

Dövlət qulluqçuları tərəfindən qəbul edilən psixi pozğunluqlar səbəbindən bu xəstə  olduqları günlərinin sayı 2021-ci ildə qeydə alınan 558 125 gündən 38% çoxdur.

Leyboristlər rəqəmləri "şok" adlandırıblar.

 Leyboristlər iddia edirlər ki, mühafizəkarın hökuməti narahatlıq, depressiya və digər psixi pozğunluqları olan insanlara lazımi dəstək verməyiblər.

Rəqəmlər göstərir ki, son on ildə hökumətdə psixi sağlamlıqla bağlı xəstəlik məzuniyyəti artmaqdadır.

Ədliyyə Departamenti dövlət qulluqçuları 2021-2022-ci illərdə psixi xəstəliklərə görə ən çox xəstəlik məzuniyyəti götürüblər ki, bu da ümumilikdə 280 597 gün edib. Əmək və Pensiya Departamentinin əməkdaşları ilə də bağlı vəziyyət demək olar ki, eynidir - 236 365 gün, Müdafiə Departamenti isə üçüncü yerdədir - 88 723 gün.

Həmkarlar ittifaqları belə halların sayının çoxalmasını iş yükünün artmasında, koronavirusun təsirində, ixtisarlarda, aşağı maaşlarda, uzun iş saatlarında və aşağı əhval-ruhiyyədə görürlər.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN