Bu gün Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə tədbirinə media nümayəndələri də qoşuldu
Tezadlar.az-ın aksiyada iştirak edən əməkdaşı Yasəmən Məmmədli bildib ki, aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmədən ibarət olub. "...Yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümü münasibətilə sözügedən qurumların rəsmilərinin, media subyektlərinin rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyası zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib", -deyərək Y.Məmmədli bildirdi.
Xatırladaq ki, ağacəkmə aksiyasının keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.
Belə aksiyaların fəlsəfəsi onun davamlı olması və ekologiyamıza böyük töhvə verməsidir.
ELBAR