(Portret cizgiləri)

 ...Vətən müharibəsində və müharibədən sonra həkimlərimizin işi daha çox olub. Belə ki, həkimlərimizin bir qismi döyüşən ordumuzun yanında idi və onlarla birlikdə döyüşlərə girir,  yaralı əsgərlərimizə lazım olan tibbi yardımlar edirdi. Hospitallardakı həkimlər isə bütün günü yaralı igidlərimizə lazım olan bütün tibbi yardımlar edir və onları sağaldır, ölümün pəncəsindən alırdılar. Sağalan əsgərlər yenidən döyüşlərə qatılır və yaralı qazilərimiz də döyüşə gedə bilməsə də qələbəmizi böyük səbirsizliklə gözləyirdilər.

Hər bir yüksəkliyin, kəndin, şəhərin alınmasına həkimlərimiz də böyük fərəhlə sevinirdilər. Desəm ki, bu müharibə bütövlükdə xalqın müharibəsi, Azərbaycan xalqının böyük iradəsi idi, daha dəqiq olar. Çünki bu müharibədə bütövlükdə xalqımız prezidentimiz cənab İlham Əliyevin ətrafında sız birləşib, bir yumruq olub, vuruşurdu. Belə ki, bir qismi ön cəbhədə, bir qismi isə arxa cəbhədə. Həmin insanlardan biri də uzun illər həkim işləyən və bu gün Ağcabədi Xəstəxanasının aparıcı həkimlərindən olan Surxay Tofiq oğlu Sultanovdur. Vətənini canı qədər sevən belə bir ziyalı insan, gözəl təbiblə çoxminli oxucularımızı da tanış etmək istəyirəm.

Qısa arayış: Surxay Tofiq oglu  Sultanov 1986- ci ilin  yanvar ayinin 26 -inda Agcabədi rayinonun Boyat kəndində ziyali ailəsində anadan olub. 1991- ci ildə Agcabədi şəhər 7 sayli orta məktəbin 1- ci sinifinə gedib və həmin məktəbi qirmizi attestatla 2002- ci ildə bitirib. Elə həmin il də  16 yaşinda  arzusunda olduğu Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültesinə daxil olub. 2008- ci ildə Universiteti həkim-onkoloq ixtisasi uzrə bitirib. Həmin  ildə Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasinda İnternaturaya qəbul olunub.  2009- cu ildə İnternaturani bitirdikdən sonra iyul ayinda Silahli Qüvvələrə hərbi xidmətə cağırılıb.  Hərbi xidmətdə olarkən Silahli Qüvvələrin Təlim- Tədris Mərkəzində  3 ay müddətində kursant kimi təhsil alıb. Təlim-Tədris Mərkəzini bitirdikdən sonra  tibb xidməti  üzrə leytenant hərbi rütbəsi alaraq, Gədəbəy rayon ərazisində  N sayli hərbi hissəsində tabor tibb məntəqəsinin rəisi vəzifəsinə təyin olunub.  Hərbi xidməti  2011- ci ilin aprel ayinda başa vuran Surxay həkim

2011- ci ilin oktyabr ayindan Agcabədi Rayon Mərkəzi Xəstəxanasinin Poliklinika Şöbəsinə  həkim-onkoloq  vəzifəsinə  teyin olunub. 2014 -cü ildən Agcabədi Rayon Mərkəzi Xəstəxanasının  nəzdində yaradilan Regional  Onkoloji  şöbəsində fəaliyyətini həkim-onkoloq kimi davam etdirir. O,  2015- ci ildə dövlət xətti ilə Türkiyə Cümhuriyyətində Samsun şəhərində 19 Mayis Universitetində Genel Cerrahi Ana Bilim Dali şöbəsində 3 ayliq kursda təhsil alıb.  2016- ci ildə Türkuyə Cümhuriyyətində İstanbul şəhərində Göztepe Araşdirma Xstəxanasında  1 ayliq kursda olub. O, indi hal- hazirda Agcabədi Rayon  Mərkəzi  Xəstəxanasinda calişır.

- Surxay həkim, Vətən müharibəsi  təssuratlariniz haqqinda nə deyə bilərsiniz?

- Mən ikinci Qarabag muharibəsinə, yəni Vətən müharibəsinə 29 sentiyabr 2020- ci il tarixdə  ehtiyatda olan tibb xidməti leytenanti kimi cagrıldım... Muharibə dövrundə N sayli hərbi hissənin tibb məntəqə rəisi vəzifəsində xidmət etmişəm. Çalışmışam ki, öz işimin öhdəsindən yaxşı gəlim. Bu müharibə xalqımız böyük iradəsini, inamını ortaya qoydu və biz təkcə ermənilərə yox, dünya xalqlarına da nəyə qadir olduğumuzu sübut elədik.

- Müharibə dövrundə ən yadda qalan hansı təəsuratlarınız var?

- Müharibə özü dəhşətdir, qanlı hadisələrdir. Böyük faciədir. Müharibə dövründə ən yadda qalan pis təəsuratim, muharibəyə mənimlə  birlikdə gedən, əziz dostum, qardaşım, iş yoldaşım, həkim- stomatoloq Taryel Allahverdi oglu Salmanovun müharibə dövründə şəhid olması olub. Eləcə də digər zabit və əsgər yoldaşlarımın  şəhid olmasi olub. Onların hər biri Vətəni öz canlarından çox istəyirdilər. Vətən yolunda şəhid olmalarını da özləri üçün böyük fəxarət bilirdilər. Müharibə dövrundə ən xoş təəsuratim isə Şuşa şəhərinin işgaldan azad olunmaği və qələbə günümüz olub...

- Bu gun dünyada onkoloji xəstəliklerin risk faktorlarindan necə qorunmaq olar?

- Bu gün dünyada günü-gündən artan onkoloji xəstəliklərin risk faktorlarindan qorunmağin ən prinsipial yollarini mən aşagida kimi qruplaşdırardım

  1. Zərərli vərdişlərdən uzaq durmaq (spirtli içki, siqaret çəkmək).
  2. Qidalanmada bioloji təbii qidalara üstunluk vermək, sintetik qida və içkilərdən istifadə etməmək.
  3. Mütəmadi müayinələrdən keçmək və xəstəliyi vaxtinda aşkara çixarmaq.
  4. Xərçəngönu xəstəlikləri vaxtinda aşkarlamaq və müalicə olunmaq.
  5. Peşə xəstəliklərini vaxtinda aşkarlamaq.

- Azərbaycan dövləti və ölkə başçısının apardiği siyasət haqda bir ziyalı kimi nə deyə bilərsiniz?

- Ölkə başçmızın və silahli qüvvələrimizin Ali Baş Komandani cənab İlham Əliyevin apardiği siyasəti çox bəyənirəm və ən əsası isə işğal edilmiş torpaqlarımızın işğaldan azad edilməsində onun bənzəri olmayan misilsiz xidmətləri olmuşdur. Cənab İlham Əliyevin sayəsində uzun illərdir ki, Azərbaycan Respublikasinda səhiyyə sahəsində də böyük islahatlar aparılır. Müasir standartlara cavab verən yeni-yeni tibb müəssisələri açılır. Tibbi avadanlıqlar alınır. Bugunki dövrdə Azərbaycan səhiyyəsi butun dünya olkələrindən heç də geridə qalmir. Əksinə, çoxlu ölkələr var ki, bizim səhiyyə sitemi onlardan çox irəlidədir. Hal- hazirda isə müasir standartlara cavab verən səhiyyəmiz artıq formalaşıb. Məncə xaricə gedib müayinə və müalicə olunmağa artıq ehtiyac yoxdur. Çünki artıq dünya səviyyəli həkimlərimiz də çoxdur. Hər bir xəstəmiz öz taleyini bu həkimlərə tam etibar edə bilər.

Azadə MƏHƏMMƏDQIZI,

jurnalist-publisist

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN