"Məlum olduğu kimi, bu gündən etibarən qapalı məkanda fəaliyyət göstərən ictimai iaşə müəssisələrinin, mehmanxanaların və iri ticarət mərkəzlərinin xidmətlərindən yalnız COVID-19 pasportu olanlar istifadə edə biləcək. Nazirlər Kabinetinin yanındakı Operativ Qərargahın məlumatına görə, indiyədək 6 milyon 805 min vətəndaşımız peyvənd olunub. Onlardan 2 milyon 692 min nəfəri hər iki dozadan istifadə edib. 4 milyon 113 min vətəndaşımız isə yalnız bir doza peyvənd olunub. Bu o deməkdir ki, hər iki doza üzrə peyvənd olunanlar ümumi vaksinasiyadan keçənlərin hətta 40 faizni də təşkil etmir. Həmin kateqoriya üzrə digər 60 faizdən çox vətəndaşımız isə hələlik cəmi bir dəfə peyvənd oluna biliblər. Bu isə o anlama gəlir ki, əsasən qadağalar elan olunandan sonra vətəndaşlar arasında vaksinasiyaya meyl artıb". 

Bunu millət vəkili Vüqar Bayramov deyib. O, bildirib ki, "Bloomberg" agentliyinin məlumatına görə, dünyada 183 ölkədə 5 milyard 310 milyon doza vaksin istifadə olunub: "Azərbaycanda isə əhalinin 26.5 faizi hər iki dozadan istifadə edib. Vaksinasiya səviyyəsinə görə ölkəmiz MDB-də Qazaxıstandan (28.7 %) sonra ikinci olsa da hələlik mövcud peyvəndləşmə faizi ilə əvvəlki normal həyata qayıtmaq mümkün deyil. Bu baxımdan, vaksinasiya prosesinin daha sürətləndirilməsi vacibdir. Aydındır ki, yeni məhdudiyyətlərin tətbiqində məqsəd Azərbaycanda vaksinasiya prosesini sürətləndirməkdən ibarətdir. Bununla belə, yeni qaydaların tətbiqi ilə yanaşı, onların icrasına nəzarətin daha gücləndirilməsi və prosesin tam elektronlaşdırılmasına ehtiyac var. Bütün ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində elektron COVİD-19 passportlarını oxuyan xüsusi avadanlıqlar quraşdırılmasına ehtiyac var. Bu prosesə elektron nəzarəti formalaşdırmaqla yanaşı, eyni zamanda növbələrin sayını və kənar müdaxilələri azaldar. Digər tərəfdən, qaydaların icrasına ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var. Pandemiya ilk aylarında vətəndaş cəmiyyəti institutları maarifləndirmə tədbirlərində fəal iştirak etsələr də sonrakı mərhələlərdə bu istiqamətdə aktivlikləri azaldı. Əksər dövlət qurumlarının yanında İctimai Şuraların yaradıldığını nəzərə alsaq, vətəndaş cəmiyyəti institutlarının prosesə aktiv cəlb olunması və monitorinqlər aparması məqsədə uyğun olardı. Bütün bunlar vaksinasıya prosesinin sürətləndirilməsinə dəstək ola bilər".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN