"Yoluxma sayındakı bugünkü rəqəmlər 3 həftə də davam etsə, yaxın həftələrdə xəstəxanalarda yer problemi ilə üzləşə bilərik. Hazırda xəstəxanalarda xəstə sayı çoxdur və demək olar ki, dolmuş vəziyyətdədirlər. Modul tipli xəstəxanalar açıldıqdan 3-4 gün sonra tamamilə dolurlar".

Bunu ARB24-ün "Gündəm" verilişinə açıqlamasında həkim Vüqar Cavadzadə deyib. O bildirib ki, ölkədə koronavirusun Delta ştammı geniş yayılır: "Bugünkü rəqəmlərdə gündəlik 4000 yoluxma və 40 nəfərdən artıq şəxsin vəfat etdiyini görürük. Bu, çox ciddi göstəricidir. Təsəvvür edin ki, son 10 gün ərzində 500-ə yaxın şəxs dünyasını dəyişib. Bu, bizdə olan rəsmi rəqəmdir. Lakin nəzərə alaq ki, bir evdə beş koronalı şəxsdən biri test verir. Hazırkı ölüm sayı da real göstəricidən təxminən 2 dəfə çoxdur. Eyni zamanda, yoluxma göstəricisi də 7-8 min civarında olar. Həqiqətən də, vəziyyət çox ciddidir, evlərdə kifayət qədər ağır xəstələr var. Delta qısa müddətdə ağırlaşma verir və temperaturu salmaq olmur. Xüsusən də yanaşı xəstəliyi olan şəxslər daha tez ağırlaşır və oksigenə tələbatı daha tez başlayır. Aparılan müalicələr isə demək olar ki, effekt vermir. Onu da qeyd edim ki, Delta ştammı gənclər və kiçik yaşlı uşaqlar arasında özünü çox kəskin əlamətlərlə göstərir. Hətta 3-4 yaşlı uşaqlarda 39-40 dərəcə temperatur müşahidə olunur. Sevindirici hal odur ki, 10 yaşlı uşaqlarda ölüm faizi demək olar ki, sıfır səviyyəsindədir".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN