"Hazırkı dalğa da diğərləri kimi 2-3 həftəyə sönməyə başlayacaq və sönəcək. Amma ən çətin günlərdə bir səhiyyəçi olaraq bütün çətinliklərə baxmayaraq , hadisəyə münasibətimiz hər zaman xatırlanacaq".

Bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, bu xəstəliyin xüsusiyyəti ondan ibarətdir ki, vaxtaşırı dalğalar başlayır: "Hazırda zərərverici bir dalğanın tam ortasındayıq. Ancaq hər bir dalğanın başlanğıcı olduğu kimi sonu da var. Təcrübə göstərir ki, ortalama 6 həftəlik müddət içərisində yüksəlmələr, sonra enişlər olur".

R.Mahmudov qeyd edib ki, səhiyyəmiz çox çətin bir sınaqdan keçir: "Xüsusən evlərdə ilk günlərdən dexametazon, metipred, prednol-L, antibiyotiklər, sistemlər yazan infeksiyonist, terapevt və pulmunoloqlar bu işdə bizə daha çox kömək etməlidirlər. Bəlkə bilmədiyimiz və ya gözdən qaçan bir məqam var. Siz izah edin xahiş edirəm. İnsanları vaxtında səhv yoldan döndərməsək, ölümlər daha da artacaq. Buna adım kimi əminəm. İnsanlarla evlərdə ilk gündən sistem və güclü dərman istifadəsinə inandıran siz, biz, bəlkə də hamımız olmuşuq. Bu səhvi düzəltmək də hamımızın işidir. Halbuki, doğru tibbi taktika qumaqla, ən azından insanlara belə vəziyyətlərdə nə etməmələri mövzusunda izah verməkleə (sosial şəbəkələrdən) tərəddüd və qorxuları azalda bilərik. Nəticədə, dövlətimizin COVİD-19 mübarizəsində ortaya qoyduğu səylərə və əməyə həm də əməldə dəstək olmuş olarıq".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN