Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Sərəncam imzalayıb.

Bununla əlaqədar, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında və kitabxana filiallarında kitab sərgiləri təşkil olunub. Mərkəzi Kitabxanadan "Təzadlar"a bildirilib ki, M.Ş.Vazeh adına Mərkəzi Kitabxanada “Təbiətimizi qoruyaq”, Ə.Vahid adına 1 nömrəli kitabxana filialında “2024 – yaşıl dünya naminə həmrəylik ili”, A.Şaiq adına 2 nömrəli kitabxana filialında “Yaşıl dünya”, Q.Musabəyov adına 3 nömrəli kitabxana filialında “Yaşıl dünya naminə”, X.B.Natəvan adına 4 nömrəli kitabxana filialında “Yaşıl dünya naminə həmrəylik ili” adlı sərgilərdə maraqlı kitablar nümayiş olunur. Kitabxanalarda “Təbiəti qoruyaq”, “Təbiətimiz – sərvətimiz” adlı stendlər də hazırlanıb.

Kitabxanalarda təşkil olunan sərgilərdə “İlham Əliyevin uğurlu ekoloji siyasəti”, H.Əliyevin “Həyəcan təbili” və “Təbiətin yaşıl dünyası” Ş.Əhmədovun “Ekologiya. Atmosferin çirklənməsi”, Ə.Poladın “Bir damcı su”, B.Budaqovun “Azərbaycan təbiəti, Azərbaycanın quşlar aləmi”, X.Həsənovun “Təbiət və hikmət”, “Təbiət haqqında hekayələr”, Б.Запартович “С любовью к природе” və s. kitablar, Azərbaycan təbiətinə, ekologiyanın müxtəlif sahələrinə (ekoloji problemlər, ekoloji siyasət, ekoloji təhlükəsizlik, ensiklopedik lüğət, konfrans materialları və s.) dair nəşrlər nümayiş olunur. “Yaşıl dünya naminə həmrəylik ili” təkcə ölkəmiz deyil, bütün dünya üçün qlobal çağrışdır. Ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji problemlər hər zaman diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi istiqamətində də mühüm işlər görülür. Ətraf mühitin mühafizəsi insanların sağlam, təbii mühitdə yaşaması və ekoloji vəziyyətin sağlamlaşdırılması məqsədilə ölkəmizdə aparılan yaşıllıqların artırılması işləri mühüm yer tutur. Sərgilərin əsas məqsədi oxucuları təbiətimizi və ekologiyamızı qorumağa, yaşıl dünya naminə həmrəy olmağa səsləməkdir.

Təbiəti qorumaq özümüzü və gələcəyimiz qorumaqdır...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN