Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yaydı ki, bu gün 42 nəfər vəfat edib, 3310 nəfər isə virusa yoluxub...

Bu bəd statistika dünən və ya ötən həftənin iş günlərininkindən elə də fərqlənmir. Bəs yaxşı, əgər statistika belədirsə, hətta ölənlərin sayı artıq 40-ı keçməkdədirsə, onda istirahət günlərinin qadağaları kimə lazımdır? Yaxud, bu qadağaların effektivliyi yoxdursa, bəlkə başqa qadağalar sınaqdan keçirilsin?!

***

Onu da deyək ki, indiyədək Azərbaycanda 442 872 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 383 682 nəfər müalicə olunaraq sağalıb, 5 842 nəfər vəfat edib, aktiv xəstə sayı 53 348 nəfərdir. 

Bir daha vətəndaşların özlərini, bütün qadağalara rəğmən, virusdan maksimum qorumaq vəzifəsi qüvvədə olmalıdır. 

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN