Müğənni Yaqub Zurufçunun vəziyyəti ağırdır.

Bu barədə koronavirusa yoluxmuş müğənninin müalicə olunduğu “Yeni Klinika”dan məlumat verilib.

Klinikadan bildirilib ki, müvafiq zəruri tədbirlər görülməsinə baxmayaraq, xəstənin vəziyyəti çox ağırdır.

Qeyd edək ki, müğənni Yaqub Zurufçu koronavirusa yoluxaraq “Yeni Klinika”ya yerləşdirilib.

Yaqub Zurufçunun həyat yoldaşı Aynur Zurufçu bildirib ki, hazırda reanimasiya şöbəsində olan müğənninin vəziyyəti ilə bağlı məsələ Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

A.Zurufçunun sözlərinə görə, Prezidentin köməkçisi Anar Ələkbərov da məsələni diqqətdə saxlayır, onlarla mütəmadi danışır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN