Aliməri, həkimləri, hətta dövlət rəsmilərini bir sual maraqlandırır: bundan sonra nə olacaq? 90% əhali peyvəndlənəndən və kollektiv immunitet yarandıqdan sonra dünya əvvəlki axarına qayıdacaqmı?

İnkişaf etmiş ölkələrin də vaksinasiyadan sonra yeni mutasiyaların dalğası ilə üz-üzə qalması pandemiya ilə vəziyyətin ürəkaçan olmadığını göstərir.

Tezadlar.Az medicina.az-a istinadən dünya mətbuatında mütəxəssislərin pandemiyanın sonu barədə irəli sürdüyü mümkün ssenariləri təqdim edir. Onlardan hansı daha realdır?

İyulun sonunda dünyaca məşhur elmi dərgi olan Lancetdə alimlərin məqaləsi dərc olundu. Onlarla avropalı alim pandemiyanın hansı istiqamətdə gedəcəyini təhlil edərək diskussiya aparıb. Onları heç olmasa yaxın 3 ildə pandemiyanın bitib-bitməyəcəyi düşündürüb.

Alimlərin fikrincə, son 3 əsas faktordan asılı olacaq:

1 - Təkcə ayrı-ayrı ölkələrdə yox, bütün dünyada, eyni vaxtda vaksinasiyanın ən azı 80-90%-ə çatması baş verərsə. İndiki durumda İsrail və ya Almaniya, Çin, ABŞ əhalisini peyvəndləyir, amma İran, inkişaf etməmiş ölkələr, MDB dövlətləri isə hələ geridədir. Belə vəziyyət işə yaramır. Ya bütün ölkələr eyni vaxtda 2-3 dozanı vurdurub, 6 ay gözləməlidir, ya da virus bir ölkədən digərinə yayılacaq.
Planetdə nəhəng masştabda, sürətdə peyvəndləmə olmalıdır.

2-ci faktor - virus necə mutasiyaya uğrayacaq? Yeni ştammlar nə dərəcədə təhlükəli olacaq? Bunu isə zaman göstərəcək

3-cü faktor - istər peyvənd olunanlar, istər olunmayanlar özünü qoruma və məsafə tədbirlərinə dəqiq hələ 1 il əməl etməlidir. İnsanlar arxayınlaşdıqca, virus ayaq açır.

Təcridetmələr, karantinlər, məhdudlaşdırmalar çox yumşalmamalıdır.

Alimlər hesab edir ki, bu günkü mənzərəyə görə bu 3 faktordan heç biri ürəkaçan dərəcədə deyil. Ona görə də yaxın 2 ildə pandemiyanın bitəcəyini proqnozlaşdırmaq olmaz

Pandemiyanın gedişini məhz kovidə qarşı yeni, təsirli dərmanın tapılması da dəyişə bilər. Hazırda belə dərman üzərində çox şirkətlər çalışır.

Nəticə olaraq, alimlər etiraf edir ki, koronavirusdan tam və həmişəlik yaxa qurtarmaq çətin mümkün ola. Hətta kovid xəstələri sağalsa da, əhalinin 90% yoluxub sağalsa da, koronavirus infeksiyası heyvanlar arasında gəzişəcək. Və bir gün gözlənilmədən təhlükəli mitasiyaya çevrilib insana keçəcək.
3 SSENARİ

Bu ssenarilər JAMA elmi dərgisində çap olunub.

Ssenari 1- tam qovulma

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN