Hələki koronavirusun "çaldığı havaya oynamaq" məcburiyyətindəyik. Çünki bizim özümüzün "havamız" çatmır və ya yoxdur...

Bu səbəbdən onun diqtə etdiklərinə əməl etməliyik. Məsələn, bu gündən sentyabrın 13-ü saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. Nazirlər Kabineti yanında Operativ Qərargah belə məsləhət bilib. Qərara əsasən, 11 sentyabr saat 00:00-dan 13 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliteni fəaliyyət göstərməyəcək.
Deyirlər, məsləhətli don gen olar. Deməli, deyir və tətbiq edirlərsə, belə məsləhətdir. Çünki vaxtında, xüsusən də şəxsi və gündəlik həyatımızda lazımi məsləhətlərlərə vaxtında qulaq asmadıq, koronavirus da hər gün sıralarımızı seyrəldir...
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN