<style>.lazy{display:none}</style>AZƏRBAYCAN VƏ RUSİYA ARASINDA QİDA TƏHLÜKƏSİZLİYİNƏ NƏZARƏT VƏ BİTKİ SAĞLAMLIĞI SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA DAİR SƏNƏDLƏR İMZALANIB

Avqustun 19-da Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə mübadiləsi mərasimi keçirilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, mərasimdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında qida məhsullarının təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Sənədləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Rusiya Federasiyası İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətinin rəhbəri Anna Popova ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin rəhbəri Sergey Dankvert mübadilə ediblər.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN